yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Eldar Əzizov meriyanı “silkələdi”

Eldar Əzizov meriyanı “silkələdi”
21-09-2018, 11:57 595 dəfə baxılıb

BŞİH-in Aparat rəhbəri dəyişdi, daha kimlər getdi?
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov yeni təyinatlar edib

Eldar Əzizovun əmri ilə İH-in Aparat rəhbəri Rasim Vaqif oğlu Quliyev vəzifəsindən azad edilib və onun yerinə Elgün Həbibullayev təyin olunub.

Əzizov BŞİH-in Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Əli Əliyevi də vəzifəsindən azad olunması haqda əmr imzalayıb. Onun yerinə Coşqun Cəbrayılovun bu vəzifəyə təyin olunub.

İcra Hakimiyyətinin Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin rəhbəri Vahid İsmayılov vəzifəsindən azad edilib və onun yerinə Aparat rəhbəri vəzifəsindən azad edilən Rasim Quliyev təyin olunub. Qeyd edək ki, R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub. O, BŞİH-in keçmiş başçısı Hacıbala Abutalıbovun əmri ilə öncə meriyanın ərazi idarəetmə şöbəsinin müdiri, daha sonra Aparat rəhbəri təyin edilib.

Bundan başqa, BŞİH-in ümumi şöbəsində də dəyişiklik edilib. Belə ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Məmmədov vəzifəsindən azad edilib və onun yerinə Ayaz İmaməliyev təyin olunub.

Yada salaq ki, Bakı şəhər icra başçısı postu artıq 5 aydır ki, boş qalıb. Məlumat üçün öncə xatırladaq ki, prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi müəyyənləşdi. Sərəncama əsasən, hökumətin tərkibində xeyli dəyişikliklər oldu. Təyinatlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun baş nazirin müavini vəzifəsinə gətirilməsi idi. O zamandan indiyə qədər Abutalıbovun yerinə kimsə təyin olunmayıb.

Aprel ayından iyul ayının 16-na qədər Bakı Şəhər İcra Hakimiyyəti bir müavinin rəhbərliyi altında fəaliyyət göstərirdi. Belə ki, BŞİH rəhbərliyində 3 vəzifə var - başçı və iki müavin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov ötən il iyulun 20-də vəfat edib və yerinə təyinat olmamışdı. Digər müavin Fidumə Hüseynova isə həm başçının, həm digər müavinin, həm də öz vəzifəsini icra edirdi. İyulun 16-da prezident İlham Əliyevin sərəncamına əsasən Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Rauf Pənahovun yerinə gətirildi. Bununla da Bakı meriyasında Fidumə Hüseynovanın “təkhakimiyyətliyinə” son qoyuldu. Eldar Əzizov vəzifəyə gətirildikdən sonra ekspertlər bildirirdilər ki, o, meriyada ciddi kadr dəyişiklikləri edəcək. Göründüyü kimi, vəd edilən dəyişikliklər artıq başlayıb.

musavat.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ