yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Etimad İsmayılov buna görə öldürülüb – TƏFƏRRÜAT

Etimad İsmayılov buna görə öldürülüb – TƏFƏRRÜAT
20-09-2018, 09:46 1 264 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, azərbaycanlı iş adamı Etimad İsmayılov, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb.

Minval.info xəbər verir ki, başından 2, sinəsindən 1 güllə ilə yaralanan İsmayılov xəstəxanaya çatıdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan Gözəl Dəmirov adlı şübhəli artıq polis tərəfindən saxlanılıb.

İddialara görə, hər iki şəxs Türkiyədə bizneslə məşğul olub. Onların arasında pula görə münaqişə varmış və qətl hadisəsi də buna görə baş verib. Minval.info xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.

Belə ki, Dəmirovla İsmayılov birlikdə inşaat işi görüblər. Hər şey qaydasında gedib. Bir müddət sonra isə tərəflər bir-birini fırıldaqda ittiham ediblər. Qətl hadisəsindən bir az öncə də tərəflər ofisdə sözlü dalaşıblar. Onların mübahisəsi getdikcə böyüyüb və tərəflər söyüşə keçiblər. Bu zaman Gözəl Dəmirov əlini belindəki silaha atıb və İsmayılovu öldürüb. Dəmirov ofisə gələn zaman özü ilə silah gətirməsi qətlə öncədən planlaşdırdığı düşüncəsini yaradır.

Xatırladaq ki, Etimad İsmayılov vaxtı ilə Rusiyada 8 il müddətində həbsə də məhkum edilib. Belə ki, Rusiya Cinayət Məcəlləsinin “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə ittiham irəli sürülüb.

O, “Avroasiya Sənaye-Maliyyə Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi olub. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Arbitraj Məhkəməsindən həmin şirkətin Etimad İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənəd də verilib. E. İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən “Domodedovo” hava limanında saxlanılıb.

Onu da xatırladaq ki, E. İsmayılovun da ittiham olunduğu cinayət işi 2007-ci ildə qaldırılıb. E. İsmayılovdan əlavə, Ukrayna vətəndaşı, “Russkaya zernovaya kompaniya”nın baş direktoru Vladimir Quzov, vasitəçi strukturun rəhbəri Abbas Cəfərov və “Prodkorporasiya”nın rəhbəri Vladimir Şvadçenkonun da adları cinayət işində keçib.

Etimad İsmayılov 4 ilə yaxın həbsxanada qalıb. Daha sonra isə azadlığa çıxıb. Azadlığa çıxdıqdan bir müddət sonra isə Türkiyədə fəaliyyətinə davam edən jurnalist Sevil Nuriyeva ilə ailə həyatı qurub. Beləcə Türkiyədə yaşamağa başlayıb və orada biznes qurub. Cütlüyün İlyas adlı 4 yaşlı oğulları da var.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini idi.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ