SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Səfər Mehdiyev erkən yola salına bilər... - Ona tapşırılmışdı ki...

Səfər Mehdiyev erkən yola salına bilər... - Ona tapşırılmışdı ki...

Tarix:

17-09-2018, 15:26

/ 2 329 dəfə oxundu.
Səfər Mehdiyev erkən yola salına bilər... - Ona tapşırılmışdı ki...

Dövlət Gömrük Komitəsinə sədr təyin edildikdən sonra özünü yenlikçi və islahtçı kadr kimi tanıtmağa çalışan və sanki gömrük sisteminə Marsdan düşübmüş kimi davranan Səfər Mehdiyevin əslində köhnədən qalan gömrük sisteminə yalnız öz şəxsi maraqları naminə əl gəzdirdiyi real faktdır. Yəni bu ilin aprel ayından DGK şefi postuna təyinat alan Səfər Mehdiyev bu vaxta qədər köhnə düşmənlərini hədəfə almaqla yanaşı, öz yaxınlarına yeni imkanlar qazandırıb.

Bununla bağlı DİA.AZ-a danışan mənbə bildirir ki, əslində Səfər Mehdiyev DGK rəhbərliyinə müvəqqəti olaraq təyinat alıb.

"Səfər Mehdiyev postunda müvəqqətidir. Ona belə bir təlimat verilib ki, DGK-vətəndaş münasibətlərində yenlikçi siyasətə ayaq uydursun. Amma bu gün baş verənlər də təsdiqləyir ki, Səfər Mehdiyev əslində köhnədən özünün də iştirakçısı olduğu talançı aparatı daha da təkmilləşdirməklə yanaşı, sadəcə olara öz biznes maraqlarına uyğun dəyişikliklərlə yetindi. Ondan istəniləni nisə tamam fərqli bir proses idi" deyən mənbə açıqlamasında onu da əlavə edib ki, məhz bu bazımdan yaxın vaxtlarda gömrük rəhbərliyində erkən dəyişiklik baş verərsə, təəccüblənmək lazım deyil.

Mənbənin söylədikləri: "Belə bir rəy var. Səfər Mehdiyev özünə gömrük imperiyası qurur. Elə zənn edir ki, onu görmürlər, amma əksinə, bu gün nəzərlər üzərindədir və yaxın vaxtlarda sərt cəza tədbilrəi işə düşə bilər ki, bunun bir təzahürü də elə Səfər Mehdiyevin görəvdən alınmasıdır".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Bizi izləyin.

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ