SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Səfər Mehdiyevin son akkordları - Gömrüyün baş monopolisti yola salınır

Səfər Mehdiyevin son akkordları - Gömrüyün baş monopolisti yola salınır

Tarix:

3-03-2017, 12:13

/ 4 116 dəfə oxundu.
Səfər Mehdiyevin son akkordları - Gömrüyün baş monopolisti yola salınır

Dövlət Gömrük Komitəsində radikal islahatlar gözlənilir. Bu ilin may ayında ya komitə ləğv edilib, səlahiyyətləri ASAN xidmət və Vergilər Nazirliyi arasında bölüşdürüləcək, ya da komitənin strukturu yenilənərək fərqli bir statusda fəaliyyətini davam etdirəcək. Bu barədə hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məliumatına görə, gömrük sistemindəki dəyişiklik hakimiyyət çevrələrində xeyli müddətdir müzakirə edilir: “Hələ iki il qabaq gömrük yüklərinin rəsmiləşdirilməsinin ASAN Xidmətə verilməsi nəzrədə tutulurdu. Ancaq gömrükdə söz sahibi olan idxal monopolistləri bu ideyanın qarşısını ala bildilər. O vaxt bu ideyanı Gömrük Komitəsinin sədri Aydın Əliyev də ictimailəşdirmişdi. Ancaq idxal monopolistləri bu ideyanı beşiyindəcə boğa bildilər”.

Mənbənin sözlərinə görə, hazırda gömrük sərhədlərində ən azı 10 milyard manat vəsait idxal monopolistlərinin cibinə axır. Bu vəsaitin təxminən yarısı – 5 milyard manata yaxını büdcəyə çatacaq pullardır. Ölkəyə daxil olan yüklərin real qiymətindən az göstərilməsi və ya ümumiyyətlə sənədləşdirlməməsindən hər il büdcə 5 milyard manat itirir. İldə təxminən 5 milyard manat isə iş adamlarından “təzminat” kimi yığılır. Ölkənin gəlirlərinin belə kəskin azalması fonunda gömrükdə qayda-qanun yaratmağın vaxtı çatıb. Bu həm də ölkədə biznes mühitinin sağlamlaşdırılmasına təkan verəcək”.

Mənbə bildirir ki, gömrükdə islahatlar iqtisadi inkişafı tormozlayan idxal monopoliyasına da son qoyacaq: “İdxal monopoliyasının ləğvi gömrük islahatlarının əsas mahiyyətini təşkil edir. Prezident İlham Əliyev mesajlarında dəfələrlə iş adamlarının təqib edilməsinin yolverilməzliyini bildirib. İş adamlarını təqib edən əsas dövlət təsisatlarından biri də gömrük xidmətidir. Gömrük islahatlarının bir məqsədi də idxal məsullarında süni qiymət artımının qarşısını almaqdır. Real rəqabət mühitində süni qiymət artımından söhbət gedə bilməz”.

Mənbənin sözlərinə, islahat çərçivəsində xeyli gömrükçü iş yerini itirəcək: “Komitədə idxal monopoliyasına nəzarət edən set sıradan çıxarılacaq. Bu setin başında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev durur. Güman ki, Səfər Mehdiyev başda olmaqla idxal monopolistləri vəzifələri ilə vidalaşmalı olacaqlar. Bu adamlar yeni idarəetməyə yararlı kadrlar sayılmır, ümumiyyətlə, islahat çərçivəsində gömrük xidmətində xeyli ixtisarlar gözlənilir. Prosesə bu ilin may ayından start veriləcək”.

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ