SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Komitə ilə tanınmış jurnalist arasında qalmaqal - Oğurluq ittihamı

Komitə ilə tanınmış jurnalist arasında qalmaqal - Oğurluq ittihamı

Tarix:

14-09-2018, 14:00

/ 1 732 dəfə oxundu.
Komitə ilə tanınmış jurnalist arasında qalmaqal - Oğurluq ittihamı

Diasporla İş üzrə Dövlət Komitəsi ilə tanınmış telejurnalist, hazırda ABŞ-da yaşayan Aynur Talıbova arasında qalmaqal yaşanıb

Qeyd edək ki, tanınmış jurnalist özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində Diasporla İş üzrə Dövlət Komitəsini plagiatlıqda ittiham edib. İttihamın əsasını isə Aynur Talıbovanln “Amerika gündəliyi” video bloqunda paylaşdığı bir video olub. Həmin videoda ABŞ-ın Pensilvaniya ştatında Mexaniksburq şəhərində bir Şəki məhəlləsindən bəhs olunur. Diasporla İş üzrə Dövlət Komitəsi isə həmin videonu yenidən montaj edərək komitənin veb-səhifəsində yayıb. Bundan qəzəblənin tanınmış telejurnalist Aynur Talıbova isə Diasporla İş üzrə Dövlət Komitəsinin ünvanına ağır ittihamlar səsləndirib.Tanınmış jurnalistin sözü gedən postunu təqdim edirik:

“Yadimdadir, 2004-de “Bura Azerbaycandir” deyib, ölkəni qarışlamağa başlayanda (mənə. red!) dəli kimi baxırdılar, bunun işi-gücü yoxdur, düşüb dağa, dərəyə deyə... 3 ay sonra Mədəniyyət və Turizm Nazirliyindən çağırıb regionlarda çəkdiyimiz tarixi abidələrin dəqiq koordinatlarını soruşdular.. (Tarixi abidələrin. red!) çoxunda invertar nömrələri belə yox idi. İndi yadıma düşdü.

Məmləkətin ən uydurma və fake, yaxud loru dildə geydirmə qurumlarından birinin yarıtmaz rəhbərliyi dəyişib, yeni rəhbərlik də möhtəşəm aktiv fəaliyyətə başlayıb... Adamın gözləri yaşarır. Komitənin əlində xaricdə yaşayan azərbaycanlılarla bağlı statistika adına heç bir şey yoxdur... Hansı sualı versəniz cavab tapmayacaqsınız... Virtual gündəmi məşğul etmiş bir videonun görüntüləri və (sosial şəbəkələrdən. red!) videodakı insanların profil fotolarından istifadə etməklə video yığıb komitə adından yaymaq “Danabaş kəndi” sayağı utanmazlıqdır, deyəcəm, amma nə olsun?..

İdeyanın da, vidonun da sahibi var... Oğurluq etməzdən əvvəl ən azından əlaqə saxlayıb daha çox məlumat toplamaq olar.

Videonun orjinalı budur”.

PİA.az

Şərhlər

XƏBƏR LENTİ