SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Əbülfəz Məlikovun YAĞLI GEDİŞLƏRİ... - Və yaxud Səfər Mehdiyevə söykənən ÖZBAŞINALIQ

Əbülfəz Məlikovun YAĞLI GEDİŞLƏRİ... - Və yaxud Səfər Mehdiyevə söykənən ÖZBAŞINALIQ

Tarix:

14-09-2018, 11:27

/ 1 870 dəfə oxundu.
Əbülfəz Məlikovun YAĞLI GEDİŞLƏRİ... - Və yaxud Səfər Mehdiyevə söykənən ÖZBAŞINALIQ

Meyvəli Gomrük Terminalının sahibi "Broker Əbulfəz" yağ monopoliyasını necə idarə edir?

Bunu açıqlayan məlumatlı mənbə iddia edir ki, Əbülfəz Məlikova aid olan mallar ölkə sərhədində S.Mehdiyevin tapşırığına əsasən Meyvəli terminalına yönəldilir.
Mənbənin söylədikləri: "Meyvəli Terminalında isə bütün işçilər Ə.Məlikova tabe olduğu üçün mallar yoxlanılmır. "Vest produkt marketing", "Foodini", "Harmony trading" və s., kimi firmaların adına idxal olunan yağlar Meyvəlidəki Soyuduculara göndərilir. Soyuducularda isə mənşəyi bəlli olmayan yağlar kərə yağı kimi qablaşdırılaraq satılır".
Mənbə açıqlamasında bildirir ki, bu təhlükəli yağların satışı isə Meyvəli bazarda “Arxa ofis“ adlandırılan iki mərtəbəli binadan təşkil edilir: "Satışa isə vergidən yayınmağın yollarını yaxşı bilən Tahir müəllim rəhbərlik edir".
Xatırladırıq ki, hələ 2000-ci illərdə Ə.Məlikovla 28 May-da qaçaq siqaret satan Tahir müəllim bu işləri yaxşı mənimsəyib. Yəni vergidən necə yayınmağın yollarını yaxşı bildiyindən hələ də Əbülfəf Məlikovun ixtiyarında, sağ yanındadır...

Bütün maraqlı tərəflərin də mövqelərini işıqlandırmağa hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ