SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Şofer şillələyən general oğlu türmədə, polkovnik öldürən biznesmen övladı isə – 4 cinayətin tarixçəsi

Şofer şillələyən general oğlu türmədə, polkovnik öldürən biznesmen övladı isə – 4 cinayətin tarixçəsi

Tarix:

11-09-2018, 16:52

/ 2 643 dəfə oxundu.
Şofer şillələyən general oğlu türmədə, polkovnik öldürən biznesmen övladı isə – 4 cinayətin tarixçəsi

Xaliq Faiq oğlu Seyidov…Bu ad cəmiyyətə ilk nəzərdə heç nə demir. Amma 2014-cü ildən X.Seyidovun adı hər şeyi ifadə edir.
O, təkcə “Xaliq Faiqoğlu” MMC şirkətinin sahibinin oğlu deyil, o cümlədən bir polkovnikin ölümünə baiskar olmaqda şübhəli bilinir.
Bu gəncin həmin il törətdiyi avtoqəzada Müdafiə Nazirliyinin polkovnik-leytenant rütbəli zabiti Eldar Məmmədov həyatını itirsə də, X.Seyidov Nəsimi rayon icra hakimiyyəti başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli kimi ölüm işindən sürüşüb çıxır.

► Nəsimi icra başçısı oğlu ilə oxşarlıq

Bu hadisə “öz əcəli ilə öldüyü” kimi bağlansa da, mətbuatın gündəmdə saxlaması və virtualaz.org tərəfindən yeni materialların üzə çıxması təkrar istintaqın başladılmasına səbəb olmuşdu.
Bu günlərdə isə gələn məlumatlarda xəbər verilirdi ki, X.Seyidovun istintaqının gedişi yenə “aysberqə” rast gəlib. F.Seyidovun ölüm işi ilə bağlı yuxarı dairələrə minnətçi düşdüyü əlavə olunur.
Eynilə oxşar hadisə Nəsimi RİH başçısı oğlunun cinayət işində vardı. A.Əsgərovun övladı dostu olan “Mcdonalds” restoranlar şəbəkəsinin Bakı rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin avtoqəzada həyatına son qoymuşdu.
Mərhum gəncin atası tələb edirdi ki, icra başçısının oğlu 5 il həbs cəzası çəksin, azadlığa çıxanda ondan üzr istəsin.
Amma qısa müddət sonra müalicə müəssisəsinə köçürülən İ.Əsgərli ordan da ev dustaqlığına buraxılaraq ölkəni tərk edir. Hətta M.Mirzəyev onun xaricdə əyləncə məkanlarının birində olduğunu iddia edirdi.
Polkovnik əcəli ilə ölüb?

“Xaliq Faiqoğlu” MMC şirkətinin sahibinin oğlu isə polkovnikin ölümünə səbəb olmaqda ittiham edilsə də, icra başçısının övladı kimi heç qısamüddətli həbs də görməyib. MMC sahibi oğlunun cinayət işi ört-basdır edilib. Təkrar istintaq da getmir…
Xaliq Seyidovun törətdiyi həmin avtoqəza ilə bağlı virtualaz.org saytının üzə çıxardığı sənədlərdən sonra hüquq-mühafizə orqanları yenidən cinayət işi qaldırmışdı.
Həmin cinayət işinin istintaqı Bakı Şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə edilmişdi.
Lakin daha sonra cinayət işi Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işinin istintaqı yenidən Nəsimi RPİ-nin İstintaq Şöbəsinə qaytarılıb.
İş adamının oğlunun bu hadisəyə görə məsuliyyətə cəlb edildiyinə dair məlumatlara da rast gəlinmir. 2014-cü ildə avtoqəza ilə bağlı cinayət işinə xitam verilmişdi və bunun üçün polkovnikin “öz əcəli ilə öldüyünə dair” rəy əsas götürülmüşdü.
Lakin Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hospitalının həkimləri tərəfindən verilən epikrizdə göstərilirdi ki, zabit avtomobillə vurularkən həyatla uzlaşmayan ağır xəsarətlər alıb.

► Azadxan Xanməmmədovun həbsi…

Həmin qəzada biznesmenin oğlu idarə etdiyi 10 LU 090 dövlət nömrə nişanlı, “Mercedes GL” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan piyadanı vurub.
Ağır xəsarətlər alan piyada bir müddət sonra hospitalda keçinib, lakin onun “öz əcəli ilə öldüyü” haqda qurama rəy yazaraq cinayət əməlini ört-basdır etmişdilər.
Bu hadisənin ört-basdır edilməsi “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovla onun keçmiş ortağı Azadxan Xanməmmədov arasında sonuncunun həbsi ilə nəticələnən, “Riyad” özəl mühafizə şirkətinin əməkdaşlarının da cəlb olunduğu münaqişədən sonra ictimaiyyətə məlum olub. Həmin münaqişə barədə mətbuat xeyli müddət yazıb.
Münaqişənin motivi isə Azadxan Xanməmmədova məxsus olan kommersiya təyinatlı daşınmaz əmlakın Faiq Seyidov tərəfindən faktiki zəbt edilməsidir.

► “Çarıqlı general” oğlu…

Ədalət isə bəzən öz yerini heç tapmır. Hərbi komissarlığın generalı Novruzəli Orucovun avtobus şoferinə şillə vuran oğlu hələ də həbsdədir, 4 il 6 ay azadlıqdan məhrum edilib, polkovniki öldürən biznesmen oğlu X.Seyidov isə məsuliyyətə cəlb olunmayıb.
Hətta sabiq “Qaçqınkom” sədri Əli Həsənovun iki nəfəri avtoqəzada öldürən nəvəsi Nail Allahverdiyev az da olsa həbs görüb.


Əli Həsənovun nəvəsi Nail Allahverdiyev
►►► P.S. Bütün tərəfləri dinləməyə hazırıq.

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ