SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Separatçılarla görüş AAK-da xaos yaradıb – Narazılıqlar artır

Separatçılarla görüş AAK-da xaos yaradıb – Narazılıqlar artır

Tarix:

4-09-2018, 10:17

/ 1 283 dəfə oxundu.
Separatçılarla görüş AAK-da xaos yaradıb – Narazılıqlar artır

Avropa Azərbaycanlıları Konqresinin (AAK) Prezidenti Sahil Qasımovun katalon separatçıları ilə görüşü və onun Azərbaycan KİV-lərində verdiyi bəyanatlar bu qurumda təmsil olunan çoxsaylı soydaşımızın ciddi narazılığına səbəb olub. Avropada yaşayan soydaşlarımız belə bir görüşü erməni separatizmindən əziyyət çəkən, işğal, soyqırımı və terrorla üzləşən Azərbaycan üçün məqbul saymır və bunu ölkələrarası münasibətlər baxımından da qüsurlu hesab edirlər. Eyni zamanda, bu görüşü Sahil Qasımovun Avropa Azərbaycanlıları Konqresi adından özbaşınalığı kimi qiymətləndirirlər.

Elə bu səbəbdəndir ki, AAK-ın Nəzarət-Təftiş Komissiyasının (NTK) üzvü Səməd Fərtaş Katoloniya separatçıları ilə görüşən Sahil Qasımovun əməllərini pisləyən bəyanatla çıxış edib.

Reyting.az saytının xəbərinə görə, Səməd Fərtaş bununla bağlı
müraciətində bildirir ki, Sahil Qasımovun başçılığı altında bir neçə AAK üzvünün İspaniyanın ərazi bütövlüyünü təhdid edən Kataloniyanın separatçılıqda ittiham olunan yetkililəri ilə görüşü və AAK-ın Birinci vitse-prezidenti Füzuli Məmmədovun buna haqlı etirazına fərqli yanaşma yolverilməzdir:

“AAK Prezidenti S. Qasımov, bu qurumun Birinci vitse-prezidenti F. Məmmədovun haqlı və qanuni tələbini tamamilə fərqli istiqamətə yönləndirib. S. Qasımov əsası olmayan müxtəlif arqumentlər gətirərək AAK daxilində xaos yaradıb. Halbuki S. Qasımov AAK adına etdiyi hərəkətlərə görə qurumun Mərkəzi Şurasına və İdarə Heyətinə hesabat verməlidir. S. Qasımov isə separatçılarla Kataloniyadakı görüşünə haqq qazandıraraq hətta bu səfərlərinin “AZƏRTAC”ın işıqlandırmasını əsas gətirib funksiyasını bitmiş hesab edir”.

S. Fərtaşın sözlərinə görə, Azərbaycandakı iki saytda bildirilib ki, guya AAK-ın İdarə Heyətinin toplantısı olub və onun qərarı ilə F. Məmmədov qurumun İdarə Heyətindən və Birinci vitse-prezidenti vəzifəsindən kənarlaşdırılıb. Əslində isə, bu, yalan məlumatdır və AAK-dakı hansısa pozucu qüvvələr tərəfindən qərəzli şəkildə yayılıb. AAK-da hazırda yaranmış problemlərin əsası məhz bu yalnışlıqla başlayıb:

“Birincisi, Kataloniya səfərinə haqq qazandırılması və “AZƏRTAC”-ın da bu informasiyanı verməsi S. Qasımovun dediyi kimi, onun haqlı olması anlamına gəlməməlidir. Çünki edilən hər bir hərəkətə cavab vermək mətbuata yox, səhvə yol verən şəxslərə aiddir.

Gələk İdarə Heyətinin “qərarı” ilə F. Məmmədovun həm İdarə Heyətindən, həm də Birinci vitse-prezident postundan uzaqlaşdırılması ilə bağlı yazılan məlumatlara.

Oncə onu deyə bilərik ki, AAK-ın son Nizamnaməsinə görə İdarə Heyətini qurultay və Məkəzi Şura seçir. İdarə Heyəti bir icra orqanı kimi Mərkəzi Şura və qurultay qarşısında hesabat verir”.

S. Fərtaşın bəyanatında AAK-ın Mərkəzi Şurasının səlahiyyətlərinə də toxunulur:

Paraqraf 11: Maddə 11.4. Məkəzi Şuranın tərkibindən İdarə Heyətinin (İcraiyyə Komitəsi) üzvləri seçilir. Qurultaylararası müddətdə müxtəlif səbəblərdən İdarə Heyətini tərk etmiş üzvlərin yerinə yeni üzvlər qəbul edir və ya üzvlüklərinə vaxtından əvvəl xitam verir.

Maddə: 11.4.1: Mərkəzi Şura üzvlərindən Konqresin Prezidenti, Birinci vitse-prezidenti və beş vitse-prezidenti seçilir, eyni zamanda vaxtından əvvəl səlahiyyətlərinə xitam verir.

Buradan açıq görünür ki, qurultay Mərkəzi Şuranı, Mərkəzi Şura da İdarə Heyətini seçir. İdarə Heyəti bir icra orqanı olaraq onu seçən və ona növbəti qurultaya qədər səlahiyyət verən qurum - qurultay və Mərkəzi Şura qarşısında məsuliiyyət daşıyır, ona hesabat verir. Beləliklə, tam aydın olur ki, qurultayda və Mərkəzi Şura tərəfindən seçilən heç kimsəni - AAK Prezidentini, AAK-ın Birinci vitse-prezidentini, AAK-ın vitse-prezidentlərini və Nəzarət-Təftiş Komissiyasının üzvlərini qurultay və Mərkəzi Şuradan başqa kimsə uzaqlaşdıra və səlahiyyətlərinə xitam verə bilməz.

S. Fərtaş NTK-nın məlum bəyanatlarına da aydınlıq gətirib:

“Bu məsələdə AAK Prezidenti S.Qasımov qədər NTK sədri Vasif Muradlı da məsuliyyət daşıyır. Birinci ona görə ki, Kataloniyadakı separatçılarla görüşdə NTK sədri Vasif Muradlı və xanımı, İdarə Heyətinin üzvü Arzu Oktay da iştirak ediblər.
İkincisi, NTK sədri Vasif Muradlı ona həvalə edilmiş vəzifədən öz çirkin məqsədləri üçün istifadə edərək, Sahil Qasımovla birgə AAK üzvlərini və içtimaiyyəti məqsədli şəkildə aldadaraq, guya NTK-nın toplantısının keçirildiyini və məlum qərarların qəbul olunduğunu bildiriblər. Bu yalanlar isə təşkilatın nüfuzuna zərər vurub, eyni zamanda NTK-ya inamı azaldıb.
Not: AAK Prezidenti S. Qasımov 22.07.2018-ci ildə Almaniyanın Berlin şəhərində İdarə Heyətinin toplantısını çağırıb. Lakin həmin toplantıya cəmi üç nəfərin qatılacağı bildirilib. Əlacsız qalan S. Qasımov tətildə və öz işləri ilə məşğul olan İdarə Heyəti üzvləri adından yalan məlumat hazırlayaraq mətbuata ötürüb”.
Qeyd olunur ki, bununla bağlı aparılan araşdırma zamanı İdarə Heyəti üzvləri ilə əlaqə saxlanılıb və onlar etiraf ediblər ki, hər hansı iclas keçirilməyib. Yəni, S. Qasımov ictimaiyyətə yalan məlumat verib.

İdarə Heyətində qərarların qəbuluna gəlincə, bu, aşağdakı prinsiplərlə həyata keçirilir:

Paraqraf 15: İdarə Heyətinin qərarları Əlaqələndirici Katiblik tərəfindən protokollaşdırılır və iclasda iştirak edən hər bir üzv tərəfindən imzalanır. Protokollar İdarə Heyətinin razılığı olmadan digər şəxslərə təqdim edilə bilməz.
S. Fərtaş bəyanatının sonunda qeyd edib ki, AAK Prezidenti Sahil Qasımov və NTK sədri Vasif Muradlının hərəkətləri “Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatları Haqqında” Qanunvericiliyinin əsas prinsiplərinə və beynəlxalq hüquq normalarına ziddir.
Separatçılarla görüş AAK-da xaos yaradıb – Narazılıqlar artır
Separatçılarla görüş AAK-da xaos yaradıb – Narazılıqlar artır
Separatçılarla görüş AAK-da xaos yaradıb – Narazılıqlar artır
Separatçılarla görüş AAK-da xaos yaradıb – Narazılıqlar artır
Separatçılarla görüş AAK-da xaos yaradıb – Narazılıqlar artır

Şərhlər

XƏBƏR LENTİ