SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Yavər Camalovun postuna göz dikən məmur “MTN işi”ndə – Təfsilat…

Yavər Camalovun postuna göz dikən məmur “MTN işi”ndə – Təfsilat…

Tarix:

15-08-2018, 17:39

/ 2 551 dəfə oxundu.
Yavər Camalovun postuna göz dikən məmur “MTN işi”ndə – Təfsilat…

Yavər Camalovun vəfatı Müdafiə Sənayesi Nazirliyində (MSN) qarışıqlıq yaradıb. Nazir vəzifəsinə təyinat olmaması bəzi ambisiyalı məmurları ürəkləndirib.

AzEuroNews.com xəbər verir ki,iqtidarın yuxarı eşelonuna əli çatan iri ranqlı fiqurlara çıxışı olan bəzi nazirlik vəzifəliləri Y.Camalovun postuna keçmək üçün minnətçi düşürlər.

Bunun elə də asan olmadığını anlayan nazirlikdəki bəzi iddialılar prezidentin sərəncamını gözləyirlər. Amma cəhdlərini də davam etdirirlər.

Bu haqda cumhuriyyet.net yazmışdı ki, mərhum nazir Yavər Camalovun həyatının son aylarında MSN-də başlayan proses nazirlikdə çalışan bəzi şəxslər arasında ciddi narazılıqlara səbəb olub.

Nazir postuna potensial namizədlər kimi isə mərhum Yavər Camalovun müavinləri olmuş Yəhya Musayevin və Tofiq Rəfiyevin, eləcə də aparat rəhbəri Üzeyir İsmayılovun adları çəkilir.

Ü.İsmayılov mərhum nazirin qardaşının kürəkənidir. Nazirlikdəki bəzi vəzifəli şəxslər özlərinə “yol açmaq” və mövqelərini möhkəmləndirmək üçün son günlər ciddi planlar qururlar.

Həmin planlara nazirlikdəki bəzi rəhbər şəxslər barədə kompromat toplamaq da daxildir. İddia olunur ki, haqqında kompromat toplanan şəxslərdən biri də nazir müavini Yəhya Musayevdir.

Xəbər verilir ki, Yavər Camalovun vəfat etdiyi gün – 24 iyunda mərhumla müavini arasında mübahisə yaşandığı iddia olunur.

Ancaq bu iddiaların nə qədər doğru olduğunu söyləmək çətindir. Ən azı ona görə ki, Yəhya Musayev mərhum nazir Yavər Camalovun kadrı kimi vəzifədə yüksəlib.

Müdafiə Sənayesi Nazirliyində (MSN) tikinti-təmir işlərindən tutmuş, nazirliyə, tabeliyindəki zavodlara müxtəlif avadanlıqların alınmasına qədər, bütün pullu işlərə Yəhya Musayev nəzarət edib.

Bu üzdən də Yəhya Musayevin mətbuatda ən çox adı hallanan nazir müavinlərindən biri olduğunu söyləyə bilərik. Bu məlumatların əksəriyyətində Yəhya Musayevin adı “qara işlərdə” hallanır.

MSN-ə ayrılan vəsaitlərə alınan avadanlıqların qiymətlərinin süni şəkildə şişirdilməsində, nazirliyin tabeliyində olan zavodların istehsal etdiyi məhsulların satışından əldə olunan vəsaitlərin qaranlıq məqsədlərə sərf edilməsində də Y.Musayevin adı hallanıb.

Həmin vəsaitlər demək olar ki, bütövlükdə zavod direktorları tərəfindən nəğdləşdirilir və nazirin müavini Yəhya Musayevə qaytarılır.

Eyni zamanda, nazirliyin tabeliyində olan müəssisələr iri məbləğdə kreditlər götürməyə vadar edilir və kreditlərin taleyi qaranlıq qalır…

Nazirliyin göstərişi ilə MSN-in tabeliyində olan bütün zavodlar böyük məbləğlərdə kredit götürüblər. Həmin kreditlərin 70-80 faizi nəğdləşdirilərək nazirliyin rəhbərliyinə rüşvət olaraq verilib.

Zavodlar alınmış kreditlərin rüşvət hissəsini silmək məqsədilə guya təmir işlərinin aparıldığı haqda saxta sənədlər hazırlayıblar. Halbuki, həmin vəsaitlər təmir-tikinti adı ilə mənimsənilib.

Cumhuriyyet.net yazmışdı ki, “MTN işində” Y.Musayevin adının hallanmasına diqqət çəkilir. Söhbət MTN-çilərin əməliyyatının sonunda 2 milyon aldığı iş adamı Kamal Seyfullayevlə bağlı epizoddan gedir.

Həmin işin istintaqı zamanı məlum olmuşdu ki, Kamal Seyfullayev tikinti-təmir işləri ilə məşğul olub.

“Bakı Tikinti” və “Alfa” MMC-nin rəsmi müdiri və faktiki sahibi olmasa da, həmin şirkətlərin fəaliyyətlərinə rəhbərlik edib.

Müdafiə Sənayesi Nazirliyindən böyük sifarişlər alıb, hesabına tez-tez 10 milyonlarla pul girib-çıxıb. Məhz hesabındakı növbəti milyonlar, daha dəqiqi 18 milyonu nağdlaşdırarkən MTN-in əlinə düşüb, 2 milyon verməklə canını qurtarıb.

Ancaq məlum olub ki, onun kimi iş adamları vasitəsilə MSN-də təmir-tikinti işlərinə ayrılan pulların böyük hissəsi nağdlaşdırılaraq götürülür.

Məlumatlarda nazirlikdə bu işlərin Yəhya Musayevdən məlumatsız həyata kemirilməsinin qeyri-mümkün olduğu bildirilib.

Bundan əlavə Yəhya Musayevin böyük biznes şəbəkələrinin mövcudluğuna iddialar mövcuddur. Belə ki, Azərbaycanda öz fəaliyyətinə 2011-ci ildə başlamış “RETEMS GROUP” şirkətlər qrupunun da Yəhya Musayevə məxsus olduğu bildirilir.

Bundan əlavə mətbuatda Yəhya Musayevin Türkiyədə də 100 milyonlarla dəyəri olan böyük biznes qurduğuna dair məlumatlar yayılıb. Tərəfləri dinləməyə hazırıq.

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ