SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Dələduzluqda ittiham olunan əl çalır, xanım deputat oynayır – SENSASİON VİDEO

Dələduzluqda ittiham olunan əl çalır, xanım deputat oynayır – SENSASİON VİDEO

Tarix:

14-08-2018, 16:30

/ 2 580 dəfə oxundu.
Dələduzluqda ittiham olunan əl çalır, xanım deputat oynayır – SENSASİON VİDEO

Əfv komissiyasının üzvü, deputat Elmira Axundovanın hazırda dələduzluq ittihamı ilə məhkəmə qarşısına çıxarılan Elnur İbrahimovla rəqs etdiyi video yayılıb. İllərdir sosial şəbəkələrdə paylaşılan bu videoya maraq dələduzluq işində deputatın oğlu Həbib Axundovun adı qarışandan sonra daha da artıb. Videodan belə görünür ki, Həbib Axundovun, Elmira Axundovanın və Elnur İbrahimovun münasibətləri çox istidir, aralarında olduqca yaxşı münasibət var. Hazırda bu münasibətlərin davam edib-etmədiyi haqda konkret bilgi yoxdur. Elmira Axundovanın oğlunun da adı Elnur İbrahimovdan zərərçəkənlər siyahısında yer alır. Digər zərərçəkənlər isə Həbib Axundovun adının Elnur İbrahimovdan zərərçəkənlər siyahısına formal salındığını, Elnur İbrahimovun Həbib Axundovla şərik olduğunu söyləyirlər. Deyirlər ki, Elnur İbrahimovun təqsirləndirilən şəxs qismində keçdiyi ittiham aktında bunu sübut edən faktlar, dəlillər, materiallar, sms yazışmaları var.
İnsafən deputat xanım da Elnur İbrahimovun əl çalıb meydanı qızışdırmasına adekvat reaksiya verir. Elmira Axundova videodan da göründüyü kimi, pis oynamır…

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə külli miqdarda dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi gedir.
E.İbrahimov barəsində 2014-cü ilin iyulunda Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (külli miqdarda dələduzluq) cinayət işi başlayıb. Xətai Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs-qəti imkan tədbiri seçilib. Lakin Elnur İbrahimov Qəbələdə Elmira Axundova ilə görüşəndən sonra Gürcüstana, oradan da Moskvaya qaçıb, 2017-ci ilə qədər orada istintaqdan yayınıb. Həmin müddətdə Elmira Axundova Elnur İbrahimovdan şikayətçi olan zərərçəkənlərdən deputat blankında şikayətlər yazıb. Maraqlıdır ki, 1 dəfə də olsun həmin blankda Elnur İbrahimovun tapılaraq istinatqa cəlb edilməsi üçün müraciət etməyib! Halbuki Elnur İbrahimovun işində zərərçəkmiş şəxslərdən biri də deputat Elmira Axundovanın oğlu Həbib Axundovdur.

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ