SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ziya Məmmədovun qardaşı oğlunun başı dərddə - "Körpü işi" Namiq Məmmədovu çətin vəziyyətə salıb

Ziya Məmmədovun qardaşı oğlunun başı dərddə - "Körpü işi" Namiq Məmmədovu çətin vəziyyətə salıb

Tarix:

31-07-2018, 23:10

/ 1 518 dəfə oxundu.
Ziya Məmmədovun qardaşı oğlunun başı dərddə - "Körpü işi" Namiq Məmmədovu çətin vəziyyətə salıb

Bir müddət öncə iyulun 2-də güclü sel nəticəsində Göyçayda avtomobil körpüsünün uçması haqqında məqalə dərc etmişdik. Həmin yazıda bildirilirdi ki, ilkin istintaq araşdırmalarına görə, körpünün uçmasına səbəb çay yatağındakı daş-çınqıl karxanalarıdır.

Yada salaq ki, məsələ ilə bağlı Göyçaydakı karxanaların dövlətə vurduğu külli miqdarda ziyana görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi “Göyçay” qum-çınqıl yatağını istismar edən “Real İnşaat”, “Elnicat”, “Azpod”, “Attinak”, ATF MMC-lərə, Azəraqrartikinti ASC-nin Göyçay filialına, “Bayburt Qrup” Anonim şirkətinə və Şahid İsmayıl oğlu İsmayılov, Tahir Səlim oğlu Əliyev adlı fiziki şəxslərə cinayət işi açıb. Bu şəxslərin hamısı keçmiş nəqliyyat naziri Ziya Məmmmədovun yaxın qohumlarıdır. Yazıda o da qeyd olunurdu ki, rəsmi sənədlərdə karxanalar fərqli şəxslərə məxsus olsa da onların gerçək sahibi Məmmədovlar ailəsidir. Bir müddət bu qurumlara eks-nazirin oğlu Anar Məmmədov rəhbərlik edib. Anar atasının işdən çıxarılmasından sonra qəfil ölkəni tərk edəndən sonra ailənin digər biznes obyektləri kimi karxanalara nəzarət də Ziya Məmmədovun qardaşı oğlu baş prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Namiq Məmmədova keçib.

Əldə etdiyimiz informasiyaya görə, Namiq Məmmədov indiyə qədər körpünün aşması ilə bağlı istintaqa təsir etməkdə davam edir. Ancaq kələfin ucu açılacaq kimi görünür.

Bir neçə gün öncə İsmayıllı rayon prokuroru Ülvi Abbasovun saxlanması belə düşünməyə əsas verir. Ü.Abbasovun həbsindən iki gün öncə onun böyük köməkçisi həbs edilib. Hər iki şəxs indi istintaq təcridxanasındadırlar. Həbsin səbəbləri ilə bağlı rəsmi açıqlamada səbəb kimi külli miqdarda rüşvət faktı göstərilir.

Baş Prokurorluğun yaydığı informasiyaya görə, Ülvi Abbasov və köməkçisi iş adamları Azad Əliyev və Qalib Süleymanovda Göyçay və İsmayıllı rayonlarında qum-çınqıl karxanalarının işi ilə bağlı aparılan istintaq zamanı onlar haqqında cinayət işinin başlamaması üçün külli miqdarda rüşvət alıblar. Karxana sahibi olan iş adamları bir neçə il imiş ki, İsmayıllı və Göyçayda karxana işlədirmişlər. Hər iki karxana “Aznod” şirkətinin Bakıdakı tikinti obyektlərini daş və çınqılla təmin edirmiş. “Aznod” Ziya Məmmədovun oğlu Anara məxsus Qarant Holdinqin tərkibinə daxil olan şirkətlərdən biridir.

Hələlik rüşvət faktının hansı formada aşkarlandığı bəlli deyil. Ehtimal edilir ki, adları çəkilən iş adamları rüşvət versələr də dəfələrlə istintaqa çağırıldıqları üçün faktı açıqlamağa məcbur olublar.

Göründüyü kimi, prokuror Ülvi Abbasovun və kömkəçisinin həbsindən sonra çevrə getdikcə daralır. Ancaq hələlik məsələ karxanaların əsl sahibi Namiq Məmmədovdan yan keçir. Açıq-aydın Baş Prokurorluqda kimlərsə onu ciddi şəkildə qorumaqla məşğuldur. Əks halda, ölkədə maraqlı tərəflərə bəlli olan həqiqəti “ortaya çıxarmaq” üçün istintaq orqanları bu qədər uzun zaman sərf etməzdi.

Namiq Məmmədovun aillərinin biznes imperiyasını qorumaq üçün bütün imkanlarını işə salıb. Əsas istəyi məsələnin tez, cavabdeh şəxslər üçün az cəza ilə bağlanması olan Namiq Məmmədov bu məqsədlə baş prokurorla da görüşüb. Aldığımız bilgiyə görə, Zakir Qaralov Namiq Məmmədova məsələ prezidentin nəzarətində olduğu üçün özünü yandırmamağı məsləhət görüb.

Ancaq Namiq Məmmədov ailənin biznes strukturlarını “böyrü üstə” buraxmamaq üçün imkanları səfərbər edib. Əldə etdiyimiz daha bir fakta görə, Göyçayda və İsmayıllıdakı karxanaların fəaliyyətində “qısa qapanma” baş verdiyi üçün indi “Aznod”un tikintilərinə daş və çınqılı Quba rayonundakı karxanalar göndərir. Bu karxanaların əsl sahibi isə deyilənlərə görə, Azəryolservisin rəhbəri Saleh Məmmədovdur. Ziya Məmmədovun yaxın çevrəsində olan Saleh Məmmədov Qubada böyük nüfuz sahibidir. İndiki icra başçısının vəzifə təyinatında da Saleh Məmmədovun rolu olduğu bildirilir.

Ziya Məmmədova yaxınlığına görə Saleh Məmmədov eks-nazirin nüfuz dairəsinə aid rayonlarda hələ də söz sahibidir. Keçmiş nazirə sədaqətini nümayiş etdirmək üçün o, həmin rayonlarda yol təsərrüfatına ziyan vuran obyektlərə, o sıradan Qubadakı daş karxanalarının işinə göz yumur. Namiq Məmmədov hələlik Məmmədovlara aid tikinti biznesinin çöküşünün qarşısını Saleh Məmmədovun əli ilə alır.

Görünən odur ki, həbslər baş versə də hələlik karxanaların əsl sahibləri, başqa sözlə dövlət büdcəsinə külli miqdarda ziyan buran şəxslər azadlıqdadır. Üstəlik, bizneslərini davam etdirirlər. Ümid edirik ki, prezidentin şəxsi nəzarətində olan məsələyə qısa zamanda istintaq orqanları aydınlıq gətirəcək.

istiqlal.az

Şərhlər

XƏBƏR LENTİ