SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Bu gün Seymur Həzinin doğum günüdür

Bu gün Seymur Həzinin doğum günüdür

Tarix:

1-03-2017, 13:52

/ 2 558 dəfə oxundu.
Bu gün Seymur Həzinin doğum günüdür

Bu gün həbsdə olan "Azadlıq" qəzetinin əməkdaşı, jurnalist Seymur Həzinin 35 yaşı tamam olur.

xalqxeber.az Seymur Həzinin həyat yolunu oxuculara təqdim edir.

Seymur Həzi 1982-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. 1999-cu ildə BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olub. 2003-cü ildə bakalavr, 2005-ci ildə magistr dərəcəsi alıb. AMEA-nın Fəlsəfə İnstitutunun aspirantıdır. 2000-ci ildən AXCP-nin üzvü, 2005-ci ildən partiyanın Gənclər Təşkilatının sədridir. «Azadlıq» qəzeti və Türkiyədən yayımlanan «Azərbaycan saatı» televiziya proqramının əməkdaşıdır.

Bundan öncə də haqqında məhkəmə qərarları olub, etiraz aksiyalarında iştirakına görə 10 sutkadan artıq həbs olunub.

2014-cü il avqustun 29-da yenidən saxlanıb, xuliqanlıqda ittiham olunub, məhkəmə haqqında 5 il həbs qərarı verib.

Seymur Həzi öz həbsinin ictimai fəaliyyətlə bağlı olduğunu deyir. Beynəlxaq insan hüquq təşkilatları Seymur həzini vicdan məhbusu kimi tanıyır. Hakimiyyət isə bu iddiaları rəd edir.

Şərhlər

XƏBƏR LENTİ