SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » KƏLLƏ və GÜLLƏ

KƏLLƏ və GÜLLƏ

Tarix:

7-07-2018, 12:26

/ 2 637 dəfə oxundu.
KƏLLƏ və GÜLLƏ

Son bir neçə ildir ki, Gəncə şəhərində baş verən hadisələr, cərəyan edən ictimai-siyasi proseslər daha çox ictimai müzakirələrə səbəb olmaqdadır. Bunun da bir çox özəl səbəbləri var. Belə ki, ilk öncə Gəncə şəhəri respublikamızda ikinci böyük şəhərdir və bu şəhər zaman-zaman dövlətçilik tariximizdə mühüm rol oynayıb. Son hadisələr isə, bir daha bu şəhərin adının dillər əzbərinə səbəb oldu.

Xüsusi qeyd etmək lazımdır ki, bir neçə il bundan əvvəl Elmar Vəliyevin Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin olunması, bir çox prosesləri daha da dramatikləşdirdi. Sözsüz ki, hadisələrin sürətlə dramatikləşməsinə cənab Vəliyevin xarakterik xüsusuyyəti, həyata keçirdiyi idarəçiliyin mahiyyəti, tam əksəriyyətə “yuxarıdan aşağı baxması”, ən əsası isə, “arxa-dayağı”nın olduqca güclü olması və s. səbəb oldu. Bir anlığa olsa belə keçmiş tarixə ekskurs edək. Rasim Musayev (Allah-Təala ona rəhmət eləsin!) Gəncə şəhər Polis İdarəsinin rəisi vəzifəsini daşıyarkən o, bir neçə dəfə icra başçısının etdiyi haqsızlıqlara qarşı qəti iradəsini ortaya qoyur. Məsələn, əksəriyyət məlumatlıdır ki, Elmar Vəliyev şəhid anasını söyərkən Rasim Musayev belə bir haqsızlığa heç cür dözə bilmir və son anda icra başçısını kəllə zərbəsi ilə vurub yerə yıxır. Belə bir olayın yaşanmasını təhlil edərkən o qənaətə gəlmək olur ki, mərhum Musayevin şəhid ailəsi üzvlərinə qarşı olan sevgisi, bağlılığı, məhz onu belə bir addım atmağa vadar edir. Bəs Elmar Vəliyevdə necə? Yəqin ki, onun qəlbində də bir qədər Vətən sevgisi, xalqa bağlılıq hissi olsaydı, o halda o, şəhid anasını heç cür təhqir edib söyməzdi. Deməli, ...
Hər kəsi düşündürən hal odur ki, Rasim Musayevlə Elmar Vəliyevin qarşıdurması yaranan zaman Daxili İşlər Naziri cənab Ramil Usubov öz kadrını açıq-aşkar şəkildə müdafiə etdi və haqqı müdafiə edən Musayevə nazirlikdə yeni bir vəzifə də verdi. Yəni, cənab Nazir öz kadrının sınmasına, yaxud da sındırılmasına imkan vermədi və belə bir addımı ilə də, xalq tərəfindən sevildi. Amma, bu gün yayılan məlumatlarda bildirilir ki, sui-qəsd aksiyasını həyata keçirən Yunis Səfərov Gəncə şəhər Polis İdarəsində olmazın işgəncələrə məruz qalır. Yəqin ki, belə bir halın varlığı da daxili işlər orqanı əməkdaşları haqda ictimai fikrin dəyişməsinə səbəb olur. Çünki, olay baş verib və hər kəs, o cümlədən Yunis Səfərov da atdığı addımına görə Qanun qarşısında cavab verməlidir. Amma, bugünkü gündə onun incidilməsi, olmazın işgəncələrə məruz qalması, sözsüz ki, yolverilməz haldır. Bu yöndə informasiyalar yayılsa da, biz istərdik ki, cənab Ramil Usubov polis adına xələl gətirilməsi ilə bağlı atılan addımların qarşısını alsın.
Bügünkü hadisələri təhlil etdikdə isə, belə bir qənaətə gəlmək olar ki, əslən Gəncə şəhərindən olan Yunis Səfərovun Elmar Vəliyevi güllələməsi, birbaşa əvvəlki hadisələrin davamıdır. Yəni, yayılan məlumatlara görə onun bacısı şəxsi probleminin həlli ilə bağlı icra başçısının qəbulunda olarkən, Elmar Vəliyev Yunis Səfərovun bacısını təhqir edir və söyür. Sözsüz ki, hadisədən xəbərdar olan Yunis Səfərov bu cür yanaşmanı, bu cür davranışı heç cür həzm edə bilmir və son anda icra başçısına sui-qəsd etmək haqda qərar verir. Bəli, açıq-aydın şəkildə vurğulayaq ki, 3 iyul günü icra başçısına atılan güllələr xalqın qəzəbini, etirazını, icra başçısının hər kəsi cana doydurmasını ifadə edir və həmin güllə sanki xalqın adından atılır. Məsələn, bu günlərdə sosial şəbəkələrdə orta yaşlı bir şəxs açıqlama yaymışdı ki, Elmar Vəliyev qızımı işə düzəltmək məqsədilə onu altı ay “girov saxlamışdı”. Əslində bu cür hərəkətlər heç bir rəhbər şəxsə yaraşmaz. Təəssüflər olsun ki, Gəncə kimi böyük bir şəhərə rəhbərlik edən bir şəxs, məhz belə bir addımlarını atır. Sözsüz ki, bu cür addımlar da, gec-tez hansısa olayla nəticələnməli idi və nəticələndi də. Yəni hər kəs, əlləlxüsus vəzifə sahibi olanlar hər vaxt, hər zaman belə bir anı gözləri önündə saxlamalıdırlar. Bəli, bu gün tam əksəriyyət sosial şəbəkələrdə Yunis Səfərovun addımını alqışlayır və elə şəxslər də var ki, cinayəti törətmiş bu şəxsə hətta “Milli Qəhrəman” adının verilməsini də arzu edirlər. Məsələnin maraqlı tərəfi odur ki, bu cür açıqlamaları yayan media nümayəndələrini Elmar Vəliyevin qardaşı Şahmar Vəliyev isə “topa tutur” və onu da bildirir ki, “qardaşımın güllələnməsinə xalq sevinir. Qardaşıma güllə atan da, baş verən hadisələrə sevinənlər də ermənidir” deməkdən də ehtiyat etmir. Əslində belə bunlar mahiyyət etibariləir halın varlığı hər kəsi düşündürməlidir ki, xalqı və həqiqəti ictimaiyyətə çatdıran media nümayəndələrini erməni adlandırmaq olmaz. Şahmar Vəliyevə də belə bir ixtiyarı, belə bir formada danışmağı heç kəs verməyib. Əgər əvvəl Elmar Vəliyevə kəllə atılmışdısa, sonra güllə atıldısa, əslində bunlar mahiyyət etibarilə eynidir.

GundemXeber.Biz

Şərhlər

XƏBƏR LENTİ