SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Gəncənin güllələn başçısının qalmaqllı və bəlalı yolu - General Rasim Musyevlə kəllələşmənin pərdəarxası

Gəncənin güllələn başçısının qalmaqllı və bəlalı yolu - General Rasim Musyevlə kəllələşmənin pərdəarxası

Tarix:

5-07-2018, 11:08

/ 2 570 dəfə oxundu.
Gəncənin güllələn başçısının qalmaqllı və bəlalı yolu - General Rasim Musyevlə kəllələşmənin pərdəarxası

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və mühafizəçisi Qasım Aşbazovu güllələyən Yunis Səfərovla bağlı maraqlı məqamlar üzə çıxıb. Criminal.az saytı həmin şəxsin pasport şəkilini əldə edib. Məlum olur ki, Y.Səfərov pasportu bir müddət əvvəl Gəncədə mühafizə polisinə xəsarət yetirib silahını oğurlayandan sonra verilib. Həmin vaxtdan axtarışa verilsə də, Y.Səfərov pasportu eyni ad-soyadla Rusiyada alıb və Azərbaycana keçib.
Dünən isə saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydandakı pilləkəndə icra başçısına hücum edib.
E.Vəliyevin hansı səbəbdən güllələnməsi hələ də qaranlıq qalıb. İlkin məlumat budur ki, Y.Səfərovla başçı arasında münaqişə olub. Hətta Yunis icra başçısına öldürəcəyi ilə bağlı xəbərdarlıq da edbmiş.
Tanıyanlar bilir ki, 2011-ci ildən Gəncənin icra başçısı təyin olunan E.Vəliyev şəhərin bütün dövlət qurumlarını özünə tabe etdirmək istəyib. Polis daxili işlər nazirinə, prokuror Baş prokurora tabe olduğu halda E.Vəliyev onları özünə itaət etməyə məcbur edib. Məhv buna görə, Gəncənin mərhum rəisi polis general mayoru Rasim Musayevlə başçı arasında ciddi qarşıdurma baş vermişdi. Rasim Musayev Gəncədə rəis olan zaman şəhid anasına görə icra başçısı ilə aralarından münaqişə baş vermişdi.
Şaiyələr yayılmışdı ki, rəsmi tədbirlərdən birində evi sökülən şəhid anası E.Vəliyevə yaxınlaşaraq evinin sökülməsi nəticəsində Qarabağda şəhid olan övladlarının balalarının küçədə qalmasını irad tutumuşdu. İcra başçısı isə sərt şəkildə polisə həmin qadının tutulmasını əmr etmişdi. Rasim Musayev isə şəhid anasına qarşı mülayim münasibət göstəmiş və bu da başçının qəzəbləndirmiş, daha sonra isə R.Musayevə iclasda kobud sözlər işlətmişdi. Hətta başçı ilə Rasim Musayev həmin vaxt əlbəyaxa olmuşdular. Bundan sonra R.Musayev Gəncəni tərk etmişdi, bir müddət sonra Daxili İşlər Nazirliyində yüksək posta, Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib. İki il sonra, 3 sentyabr 2015-ci ildə Bakı şəhərində ürəktutmasından vəfat etdi.
Hətta sohbətlər dolaşırdı ki, R.Musayev xidməti avtomobilində Hacıkənd ərazisində başçıya yaxın şəxslər tərəfindən gülləboran edilib.
Dünən isə Gəncədə məlum hadisə baş verdi. Hələlik başçıya qarşı sui-qəsdin əsl səbəbi açıqlanmasa da, xronoloji ardıcıllıq bəzi qaranlıq məqamlardan xəbər verir. Başçını güllələyən Y.Səfərovun Rusiya pastportu olmasına baxmayaraq, axtarışda ola-ola Azərbaycana necə keçməsi düşündürücü məqam hesab etmək olar.
Bir neçə ay əvvəl ABŞ-a köçən tanınmış politoloq, "Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu öz bloqunda E.Vəliyevi Bəyləq Əyyubov qruplaşmasının üzvü kimi təqdim edərək onun yaxın günlərdə Bakı şəhərinə mer gətiriləcəyini yazmışdı.
Ərəstun Oruclunun bloqundan sitat: ''Qruplar arasındakı bugünkü mübarizənin əsas, bəlkə də həlledici hədəfi isə hələlik boş qalan Bakı ŞİH-nin başçısı postudur ki, qruplaşmalardan hər biri bu posta nəzarəti ələ keçirməyə çalışır. "Əliyev-Əyyubov qruplaşması" bu posta artıq konkret namizədini də müəyyənləşdirib. Əlbəttə ki, söhbət Bəylər Əyyubovun qohumu və artıq brinci yazıdan yaxşı tanıdığınız respublikanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı, Gəncə ŞİH-nin başçısı Yelmar Vəliyevdən gedir. Bəli, Gəncənin tarixi arxitekturasından tutmuş onun ruhuna qədər hər şeyi dağıtmaq üçün əlindən gələni etmiş həmin Yelmar Vəliyev...''
Tarixə nəzər salsaq görərik ki, Elmar Vəliyev Gəncədə gülələnən ilk icra başçısı deyil. 1993 -cü ildə Gəncənin icra başçısı olan Hacı Vaqif öz xidməti kabinetində qətlə yetirilib. Gəncədə kriminal avtoritet kimi tanınan "Zobik” başçının kabinetinə daxil olub və Hacı Vaqifə deyib ki, onun istədiyi adamları vəzifəyə təyin etsin. Hacı Vaqif də bildirib ki, heç kimə özbaşına vəzifə verə bilməz. "Zobik” də bundan əsəbiləşib Hacı Vaqifə bir sillə vurub. Hacı Vaqif də şəxsiyyətli adam olduğundan tapançanı çıxarıb "Zobik”in düz alnından güllə ilə atır. Orada olan "Zobik”in cangüdəni avtomatla yanında olan adamların hamısına atəş açır. Hətta güllə qapını dəlib Hacı Vaqifin mühafizəçisinin baldırına dəymişdi. Daha sonra Hacı Vaqifi və onun müavinini öldürəni tutdular, məhkəməsi oldu və ona 15 il iş verdilər.
Xatırladaq ki, E.Vəliyev Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır.

Criminal.az

Şərhlər

XƏBƏR LENTİ