SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » HƏBSİ GÖZLƏNİLİR - Artıq buna tədarük gedir...

HƏBSİ GÖZLƏNİLİR - Artıq buna tədarük gedir...

Tarix:

4-07-2018, 12:19

/ 1 748 dəfə oxundu.
HƏBSİ GÖZLƏNİLİR - Artıq buna tədarük gedir...

Ölkədə baş verən enerji böhranı ilə əlaqədar cavabdeh nüfuzlu məmurlara qarşı sərt addımlar atılacaq. Bunu hökumətdəki mənbə bildirib.

Mənbə deyir: "Bu dəfə ənənəvi "cəza" müşahidə olunmayacaq. Yəni hansısa qarovulçu, qapıçı yox, birbaşa olaraq cavabdeh şəxs - "Azenerji"nin rəhbəri Etibar Pirverdiyev cavab verməli olacaq. Həbsi belə gözlənilir və bu realdır".

Mənbə məlumatında onu da bildirib ki, hələlik Etibar Pirverdiyevə ilk vəzifə kimi böhranı təcili surətdə aradan qaldırmaq həvalə olunub: "O, bu günə qədər büdcədən ayrılan pulları hansı yöndə xərclədiyini izah etməlidir. Qəzalar olur, amma indi 21-ci əsrdir. Qəzalar zamanı müvafiq önləyici tədbirlər avtomatik olaraq işə düşməli idi. Amma görünür ki, Pirverdiyev gərəkən müasir avadanlıqları almaq əvəzinə SSRİ-dən qalma avadanlıqları kosmetik təmir etməklə, büdcə pullarını mənimsəyib. İndi isə hesab vermək zamanıdır".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ