SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Azərişıq” ölkədəki son durumu açıqladı: hansı ərazilərdə işıq yanmır?

“Azərişıq” ölkədəki son durumu açıqladı: hansı ərazilərdə işıq yanmır?

Tarix:

3-07-2018, 10:27

/ 1 531 dəfə oxundu.
“Azərişıq” ölkədəki son durumu açıqladı: hansı ərazilərdə işıq yanmır?

"Azərişıq" respublika və paytaxt Bakıda enerji təminatı ilə bağlı son durumu açıqlayıb

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin verdiyi məlumata görə, hazırda Bakı şəhərinin ərazisi 100 faiz elektrik enerjisi ilə təmin olunub.

Regionlarda isə bu göstərici 75-80 faizdir.

"Azərişıq" rəsmisi deyib ki, hazırda şimal bölgəsi 100 faiz enerji ilə təmin olunub.

Aran rayonlarında və cənub bölgəsinin enerji təminatında isə problemlər qalır. Hazırda bu problemlərin aradan qaldırılması istiqamətində işlər gedir.

Şərhlər

XƏBƏR LENTİ