SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Prezident Mingəçevir İES-da baş verən hadisəni nəzarətə götürdü

Prezident Mingəçevir İES-da baş verən hadisəni nəzarətə götürdü

Tarix:

3-07-2018, 10:01

/ 1 214 dəfə oxundu.
Prezident Mingəçevir İES-da baş verən hadisəni nəzarətə götürdü

Mingəçevir İES-da baş verən hadisə ilə əlaqədar Azərbaycan prezidentin Mətbuat Xidməti məlumat yayıb.

xalqxeber.az-ın xəbərinə görə, məlumatda deyilir:

“İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanıb. Vəziyyət Azərbaycan Respublikası prezidentinin daim nəzarətindədir”.

Şərhlər

XƏBƏR LENTİ