SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İnhisarın başında dayanan generala cinayət işi başlanıb - DTX istintaq aparır

İnhisarın başında dayanan generala cinayət işi başlanıb - DTX istintaq aparır

Tarix:

22-06-2018, 15:53

/ 2 349 dəfə oxundu.
İnhisarın başında dayanan generala cinayət işi başlanıb - DTX istintaq aparır

Bir müddət əvvəl işdən çıxarılan məhşur gömrük generalı barədə ilginc xəbərlər üzə çıxıb. Criminal.az saytının məlumatına görə, Bakı Gömrük İdarəsinin keçmiş rəisi general-mayor Vüsal Novruzovun istintaqa cəlb edildiyi, hətta barəsində cinayət işinin başlanılması barədə xəbərlər var.
Yayılmış xəbərlərin nə dərəcədə doğru olmasını sonrakı araşdırmalarımızda təqdim edəcəyik. Məlum olan odur ki, ''dərman mafiyası'' ilə bağlı cinayət işi çərçivəsində V.Novruzov da istintaqa cəlb olunub. Onun işi sonradan ayrıca icraaata götürülüb.
Yada salaq ki, bu il aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu "dərman mafiyası” ifşa olunub. Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər. Daha sonra isə V.Novruzov vəsifəsindən azad olunub.
Xatırladaq ki, V.Novruzov uzun illər Azərbaycanda inhisarın başında dayanan yüksək vəzifəli məmurlardan olub. Sahibkarların onurğa sütünunun sındırılmasında birbaşa iştirak edib.
Ümumiyyətlə, V.Novruzovun general rütbəsi və milyonlar sahibi olmasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əməyini danmaq olmaz. Qısa zamanda böyük var-dövlət sahibinə çevrilən generalın monopoliyanın yaranmasında xidmətləri az deyil. Onun nəzarətində olan gömrükdə baş verən qanunsuzluq ölkə iqtisadiyyatında öz təsirini göstərib. V.Novruzovun Bakı Gömrüyündə tətbiq etdiyi qaydaları sadə vətəndaşlar belə bilirdi. V.Novruzovun tələb etdiyi rüşvəti rəsmiləşdirmək mümkün deyildi. Bakı Gömrük şefinin tələb etdiyi qanunsuz rüsum haqqına etiraz edənlərin malları aylarla karqolarda qalırdı. Sonda Novruzovun tələbləri yerinə yetirilirdi.

Criminal.az

Şərhlər

XƏBƏR LENTİ