SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İqtisadçıdan İnam Kərimova ÇAĞIRIŞ: - “Müasir yanaşma tətbiq edilsin”

İqtisadçıdan İnam Kərimova ÇAĞIRIŞ: - “Müasir yanaşma tətbiq edilsin”

Tarix:

21-06-2018, 09:52

/ 1 408 dəfə oxundu.
İqtisadçıdan İnam Kərimova ÇAĞIRIŞ: - “Müasir yanaşma tətbiq edilsin”

Bir sıra rayonlarda pambıqçıların zəhərlənməsi bəzi məqamları daha aktuallaşdırdı.

Bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, əvvəlla, bəzi səbəblər araşdırılmalıdır:

“Pambıq sahələrində niyə zəhərli gübrələrdən istifadə edilməsinin, həmin dərmanların ölkəyə necə idxal olunmasının və ən əsası bunu kimlərinin etdiyinin araşdırılmasına ehtiyac var. Bu sadəcə hüquqi məsələ deyil, həmçinin belə hallar gələcəkdə ənənəvi aqrar məhsulların istehsalına marağı azalda bilər”.

Ekspert qeyd edib ki, dünyanın heç bir yerində pambıqçılıqda əl əməyindən istifadə olunmur:

“Digər tərəfdən, aqrar sektorda intensiv metodlardan istifadə edilməsi vacibdir. Hazırda dünyanın, demək olar, heç bir ölkəsində pambıqçılıqda əl əməyindən istifadə edilmir. Ən azı ona görə ki, bu halda pambığın maya dəyəri daha yüksək olur və bazarda rəqabət aparmaq imkaları məhdudlaşır. Bizdə də pambıq yığımının texnolojiləşməsinə ehtiyac var.

Bu baxımdan, ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi dəfələrlə gündəmə gətirdiyimiz innovativ istehsal strategiyası, elektron ixrac xəritəsi kimi müasir yanaşmalardan istifadə edəcək. Ən əsası, aqrar lizinq xidmətlərində şəffaflığın gücləndirilməsinə ehtiyac var ki, fermerlərin texnikaya çıxış imkanları genişlənsin. Güman edirik ki, son faktlar kənd təsərrüfatında idarəetmənin tamamilə yeniləşməsi üçün də bir əsas olacaq”.

Şərhlər

XƏBƏR LENTİ