yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bacısı oğlu SABİQ NAZİRİN TƏYYARƏSİNİ niyə əlindən aldı? - Şok iddialar

Bacısı oğlu SABİQ NAZİRİN TƏYYARƏSİNİ niyə əlindən aldı? - Şok iddialar
8-06-2018, 14:10 483 dəfə baxılıb

17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş Fazil Məmmədovun "Qolfstrim” markalı təyyarəsi "AtaBank”dan götürdüyü milyonlarla manat kreditlə əvəzləşdirilib. Bu haqda ölkə mətbuatında yayılan məlumatları nazirə yaxın mənbələr də təsdiqləyir.

Qeyd edilir ki, bu təyyarə bir vaxtlar Fazil Məmmədovun nəzarət etdiyi "AtaBank”dan ona verilən milyonlarla manat dəyərindəki kredit qarşılığında girov kimi qoyulubmuş. Məlumatlara görə, nazir olduğu vaxt kreditə görə faiz borclarını vaxtında ödəyən Fazil Məmmədov işdən çıxarıldıqdan sonra ödənişlərietməyib. Bu səbəbdən də şəxsi təyyarəsi əlindən alınıb. "AzPolitika.info”ya daxil olan məlumatlara görə, F. Məmmədov özü "AtaBank”a olan borcunun müqabilində təyyarəsini təklif edib.
Qeyd edək ki, hazırda "AtaBank”ın İdarə Heyətinin sədri olan Dəyanət QuliyevFazil Məmmədovun bacısı oğludur. Sabiq nazirin də bacısı oğlu ilə danışaraq, borcun əvəzində təyyarənin alınmasını istədiyi iddia edilir.
F. Məmmədovun bankdan nə qədər kredit götürdüyü barədə bilgi yoxdur. Ancaq sabiq nazirin təyyarəsinin 20-30 milyon manat dəyərində olması, borcun kifayət qədər yüksək olduğunu göstərir.
Xatırladaq ki, F.Məmmədov ötən il dekabrın 5-də prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri vəzifəsindən azad edilib. O, vəzifəsindən çıxarılmazdan əvvəl "AzPolitika.info” ya mötəbər mənbələrdən verilən məlumatda bildirilirdi ki, F.Məmmədov xarici ölkələrdən birinə səfir getmək istəyir. Özünü diplomatiya sahəsində sınamaq istəyən sabiq nazirin keçmiş sovet respublikalarından birinə səfir göndərilməsinə nail olmağa çalışdığı bildirilirdi.Hətta bu arzusunu ölkə rəhbərliyinə də çatdırmışdı. Vəzifədən çıxarılandan dərhal sonra bu mövzu aktuallaşdı.
Musavat.com-un məlumatına görə, həmin ərəfədə ölkəmizin Tacikistandakı səfirinin geri çağırılması F.Məmmədovun arzusunun gerçəkləşə biləcəyi yönündə iddiaları artırmışdı. O da qeyd olunurdu ki, əgər Fazil Məmmədovun işdən çıxarılması hansısa qəzəbin təzahürü deyilsə, sadəcə, 17 illik naziri yenisi ilə əvəzləmək istəyindən irəli gəlibsə, o zaman sabiq nazirin səfir istəyi reallaşa bilər. Amma iqtidar bu yöndə Fazil Məmmədovun ətrafının apardığı spekulyasiyanın qarşını alan addım atdı. Tacikistan Respublikasına fövqəladə və səlahiyyətli səfir təyin olundu. Hazırda Fazil Məmmədovun taleyi ilə bağlı müəmma davam etsə də, böyük ehtimalla o da sabiq nəzliyyat naziri Ziya Məmmədov kimi komandadan birdəfəlik uzaqlaşdırılanlar sırasında yer alıb. Onun işdən qovulmasında böyük pul oğurluğunun əsas rol aldığı iddia olunur.
Bu iddia hələ də təkzib olunmayıb. Söhbət ölkədən çıxarılan 4 milyard 500 milyon manat "qara pul”dan gedir. İddialara görə, Fazil Məmmədov yaxın ətrafı üzərindən büdcəyə daxil edilməli pulları xaricdəki hesablara ötürüb. Gələn məlumatlara görə, Fazil Məmmədovun vergi şəklində yığılaraq müxtəlif gizli hesablara yönləndirilən pullar geri qaytarılmasa, onun və yaxın ətrafının həbsi gerçəkləşə bilər.

Musavat. com-un məlumatına görə, F.Məmmədov müalicə adı ilə ölkədən getmək niyyətində də bulunub. Lakin onun ölkədən çıxması münasib bilinməyib…


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ