yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Ramiz Mehdiyevlə nazirlər AMEA-nın iclasında - Fotolar

Ramiz Mehdiyevlə nazirlər AMEA-nın iclasında - Fotolar
8-06-2018, 12:59 328 dəfə baxılıb

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində akademiyanın Ümumi yığıncağı keçirilir.

Yığıncaqda Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev, Nəqiyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Kənd təsərrüfatı naziri İnam Kərimov, Təhsil naziri Ceyhun Bayramov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və digər rəsmi şəxslər iştirak edir.

Toplantıda AMEA-nın prezidenti seçiləcək və Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşəcək.

***

Yığıncaqda Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə 2017- ci il üzrə fəaliyyətinə dair hesabatını təqdim edib. O qeyd edib ki, ötən il keçirilən AMEA- nın üzvlüyünə seçkilərdə Akademiyanın 16 həqiqi üzvü, 25 müxbir üzvü seçilib: "Respublika üzrə 12 nəfər alim " AMEA- nın professoru" adına layiq görülüb. Elmi müəssisələri tərəfindən 2017-ci ildə 70-dən artıq əməkdaşkıq sənədi imzalanıb. 50-dən çox beynəlxalq tədbir keçirilib. Hesabat ilində 1500-ə yaxın elmi tədqiqat işi aparılıb, alınmış elmi nəticələr əsasında ümumilikdə 8900 məqalə və tezis , 532 kitab və monoqrafiya nəşr edilib, 50 patent alınıb".

***

Kənd təsərrüfatı naziri İnam Kərimov çıxışında deyib ki, ölkədə aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Kənd təsərrüfatı sahəsi ölkədə sosial iqtisadi problemlərin həllində, ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Aqrar sahənin davamlı inkiçafı üçün elmi əsasda strategiyanın formalaşmasına ehtiyac var. Bizim ill növbədə məqsədimiz kəndli və fermerlərin daim yanında olmaqdır.

Eyni zamanda bu sahədə innovasiyaların tətbiqini həyata keçirməkdir. Kənd təəsrrüfatında elmi tədqiqatların aparılmasına dair tapşırıqlar mövcuddur. Elmi tədqiqat işlərini stimullaşdırmaq üçün Elmin İnkişaf Fondu ilə əməkdaşlıq sənədi imzalanıb. Kənd təsərrrüfatı nazirliyi işini beş istiqamətdə inkişaf edir. Hesab edirik ki, bir sahənin düzgün inkişaf etdirilməsi üçün ilk növbədə araşdırmalar aparılmalıdır. Kənd təsərrüfatının və fermerlərin bizdən böyük gözləntisi var. Bu da bizdən yüksək səviyyədə işləməyi tələb edir”.

***

Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, ölkənin davamlı inkişafını təmin etmək üçün qeyri- neft sektoru, o cümlədən informasiya kommunikasiya və yüksək texnologiyalar sahəsi uğurla inkişaf edir: "İnkişaf strategiyasında elm və texnologiyalar yüksək yer tutur. Qarşıda duran vəzifələrdən biri bu sahədə islahatların genişləndirilməsidir. Ölkədə bu sahədə ciddi addımlar atılır, texnoloji parklar, sənaye zonaları, biznes inkubatorları yaradılöır və innovativ ideyaların dəstəklənməsi üçün imkanlar genişləndirilir. Həmin qurumlarda artıq artımlar qeydə alınır. Yeni led işıqların hazırlanması istiqamətində uğurlu nəticələr var və sınaqlar həyata keçirilir. Elmi tədqiqatlarda informasiya təhlükəsizliyi böyük məlumatların ötürülməsi kimi məsələlərə diqqət yetirilməlidir. Regionun ən təhlükəsiz data mərkəzi Azərbaycanda mövcuddur"
Ramiz Mehdiyevlə nazirlər AMEA-nın iclasında - Fotolar
Ramiz Mehdiyevlə nazirlər AMEA-nın iclasında - Fotolar
Ramiz Mehdiyevlə nazirlər AMEA-nın iclasında - Fotolar
Ramiz Mehdiyevlə nazirlər AMEA-nın iclasında - Fotolar
Ramiz Mehdiyevlə nazirlər AMEA-nın iclasında - Fotolar
Ramiz Mehdiyevlə nazirlər AMEA-nın iclasında - Fotolar


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ