SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Səlim Müslümovun “bəraət” cəhdi - İTTİHAM

Səlim Müslümovun “bəraət” cəhdi - İTTİHAM

Tarix:

8-06-2018, 09:58

/ 1 396 dəfə oxundu.
Səlim Müslümovun “bəraət” cəhdi - İTTİHAM

Artıq bəzi saytlar TSEK və DSMF-lərə sədr olmaq üçün qiymətlərin qalxdığını məqsədli şəkildə ictimailəşdirməklə sabiq nazir Səlim Müslümova “bəraət” qazandırmağa çalışırlar.
Məlum KİV-lərdə yazılanlara görə ,TSEK və DSMF-lərə rəhbər vəzifəyə təyin olunmaq üçün qiymətlər guya 500.000 min (beş yüz min)manata qədər qaldırılıb.Bununla da ölkə vətəndaşlarına fikir aşılamaq istəyirlər ki,guya heç də Səlim Müslümovun nazir postundan azad edilməsi onun qanunsuz hərəkətlərinə görə deyil,burada digər sipukulyativ səbəblər var.Belə demək mümkünsə ,ölkə prezidenti onu səbəbsiz yerə vəzifədən çıxarıb.

Ardınca sabiq nazir saytlardan birinə açıqlama verərək bildirir: “Mən hər zaman şərəflə, namusla işləmişəm. Vəzifədə olduğum müddətdə əlimdən nə gəlibsə, etmişəm.Fondun büdcəsi cəmi 3.4 milyard manatdır. Bunun 97-98 faizi pensiya ödənişinə sərf olunub. Bu pullar necə itə bilər? Bu pullar da Maliyyə Nazirliyindən köçürülür. Həmin vəsaitin bir qara qəpiyi də başqa yerə köçürülə bilməz. Sözügedən məsələni maliyyəçilər daha yaxşı başa düşər”.

Bu sözlərdən sonra,mümkünsüzdü ki,S.Müslümovun bəzi saytlar vasitəsilə özünə “bəraət” cəhdi geniş müzakirələrə səbəb olmasın.

Yəni ,normal biliyi olan istənilən iqtisadçı fikir yürüdə biləcək ki,niyə sabiq nazir Maliyyə Nazirliyi tərəfindən fondun büdcəsi olan 3,4 milyard manat vəsaitin köçürülməsindən danışır,amma ay ərzində ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən yığılan 20 milyon manatlarla sosial sğorta haqlarının uçotdan yayındırılmasından söz açmır. Və yaxud,S. Müslümov elə danışır ki,sanki son 10 ildə sahibkarların,hüquqi və fiziki şəxslərin il ərzində DSMF-lərə ödədikləri sosial sğorta haqları onların forma 1-lərinə dəqiq işlənilib,uçotdan milyardlar yayındırılmayıb.

Hesab edirik ki, S.Müslümovun uzun sürən gözləmə mövqeyindən sonra danışması da bəzi mətləblərdən xəbər verir.Görünür,sabiq nazir haqqında KİV-lərdə onun həbs ediləcəyinə dair yazılan yazılar artıq əhimiyyətini itirib. O,həbs olunma təhlükəsinin artıq sovuşduğu qənaətindədi.Digər tərəfdən ola bilsin, ona hansısa vəzifəyə təyin oluna biləcəyinə dair “pıçıldayıblar”.O da özlüyündə ictimai rəyi xeyrinə dəyişmək istəyir və ya kimlərsə onu bu məsələyə inandırıb.

Onu da bildiririk ki,bir az sonra S.Müslümovun məlum açıqlaması özünün əleyhinə işləyə də bilər. Ümumilikdə, ƏƏSMN-nin rayon şöbələrində ,o cümlədən Tibbi Sosial Ekspert Komissiyalarında aparılan yoxlamaların yekun məcmusu sabiq nazir haqqında KİV-lərdə təkrar paralellər aparmağa imkanlar yaradar. Necə ki,Hesablama Palatasının məlumatına görə, müəyyən dövri yoxlamalardan sonra bəlli olmuşdu ki,dünyasını dəyişənlərin adına pensiya yazılaraq mənimsənilib.O səbəbdən S.Müslümov fikir yürütməkdə əslində tələsdi və o da mümkünsüzdü ki,belə açıqlamalar müəyyən fikir yürüdülməsinə səbəb olmasın.

Təbii olaraq yazılacaq ki,necə şərəflə namusla işləmisən ki,milyonlar ortada yoxdu.Sözsüz ki,bütün bunlar yekun yoxlamalardan sonra bəlli olacaq. Amma,hazırda ondan yaza bilərlər - necə təmiz işləmisiniz ki,ölkədə imkanlı yüz minlərlə ailə ünvanlı yardım alır,bir o qədər də sağlam şəxs əlillik dərəcəsinə sahibdi.Ölmüş şəxslərə pensiya yazılaraq mənimsənilməsindən,yüz mindən çox 2 qrup “əlil” i DSMF-rin xətti ilə 5 min manat müqabilində saxta staj yazmaqla pensiyaya çıxarılmasından bütün məmləkət məlumatlıdır.

Bunlardan əlavə,TSEK və DSMF-rə ,o cümlədən ƏSMM-yə 300 min manat qarşılığında rəhbər şəxsləri kimin təyin etdiyini ictimaiyyət bilmirdi ki? Həmin rəhbərlərin yerlərdə qanunsuzluqlar etməsi ölkə prezidenti ilə kasıb zümrə arasında körpünün yandırılmasına şərait yaratmırdımı ?!

Özünü yandıran əlillərin sayı niyə artdı ki? Və yaxud hər şey qaydasında idisə,Prezident İlham Əliyev sizi nədən bu tezliklə vəzifədən azad etdi ki? Eləcə də, məlum pensiya qanununun təşəbbüskarı və müəllifi kimi əlli minlərlə insanı təqaüd vaxtına bir-iki il qalmış zəlil etməyinizi ,yəni onları təqaüddən məhrum etməyinizidəmi məmləkət unudub?

Budurmu,Səlim Müslümovun təbirincə şərəf və namusla işləmək?..

Faktinfo.az

Şərhlər

XƏBƏR LENTİ