yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Səfər Mehdiyev Əbülfəz Məlikovun gömrüydəki hökmranlığına son qoyacaqmı?

Səfər Mehdiyev Əbülfəz Məlikovun gömrüydəki hökmranlığına son qoyacaqmı?
4-06-2018, 12:47 555 dəfə baxılıb

Bu sual doğurdan bu günün ən aktual suallarından biridir. Çünki uzun illərdir ki, Azərbaycanda iqtisadiyyatın inkişafını əngəlləyən və ölkədə monopoliyanın tüğyan etməsinə yol açan bir nömrəli qurum Gömrük Komitəsi olub və hələ də olmaqda davam edir.

Prezident seçkilərindən sonra yeni formalaşan hökümətdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin yer almamsı və onun birinci müavini Səfər Mehdiyevlə əvəzlənməsi bu sualı günün ən aktual suallarından birinə çevirir.

Heç kimə sirr deyil ki, uzun illərdir gömrük sistemində Broker MMC-nin rəhbəri, “broker Əbülfəz” ləqəbli, həmçinin ölkənin “Monopoliyalar naziri” olaraq da tanınan Əbülfəz Məlikovun sözü Komitə sədrinin sözünün üzərində olub və Əbülfəz Məlikova bu səlahiyyəti verənlər avtomatik olaraq onun monopoliyanı tam nəzarətdə saxlamasına yol açıblar. Bu isə öz növbəsində ölkə iqtisadiyyatının bazar iqtisadiyyatı şərtlərinə uyğun olaraq azad rəqabət şəraitində inkişafını əngəlləyən əsas faktora çevrilib.

Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev dəfələrlə ölkə iqtisadiyyatının azad rəqabət şərtlərinin olduğu şəraitdə inkişafının zəruriliyini qeyd edib. Həmçinin ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə Dövlət Gömrük Komitəsinin fəaliyyətini, xüsusən monopoliyanın yaratdığı neqativ prossesləri dəfələrlə tənqid edib. Buna baxmayaraq nə Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyev, nə Əbülfəz Məlikovun özü, nə də Əbülfəz Məlikovun hamiləri prezidentin bu tənqidindən və çağrışlarından nəticə çıxarmayıb. Ona görə də Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri kimi fəaliyyətində prezidentin tənqidlərindən nəticə çıxarıb-çıxarmayacağı maraqla izlənməkdədir.

MilliYol-un bir neçə sahibkardan əldə etdiyi məlumata görə Səfər Mehdiyevin fəaliyyətdə olduğu müddət ərzində gömrük postlarında elə də dəyişiklik hiss olunmur. Yenə də Əbülfəz Məlikovun adamları monopolyanın təmin olunması üçün bütün gömrük postlarında fəaliyyətlərini davam etdirirlər. Monopoliya ilə yanaşı Əbülfəz Məlikovun “broker”ləri qaçaqmalçılığı da idarə edirlər. Daha doğrusu qaçaqmalçılığı birbaşa həyata keçirirlər. Sahibkarların MilliYol-a bildirdiklərinə görə ölkəyə gətirilən bütün malların 40-50 faizi sənədləşdirilmir və hazırda ölkədə dövriyyədə olan idxal mallarının təqribən yarısı qaçaqmaldır. Bu isə Əbülfəz Məlikovun ölkə iqtisadiyyatına və büdcəyə nə qədər ziyan vurmasının açıq göstəricisidir. Qeyd edək ki, Əbülfəz Məlikovun icadı olan “qaçaqmalçılıq” biznesi ölkə büdcəsinə 80-100 % ziyan vurduğu qədər də, Əbülfəz Məlikova və onun yaratdığı monopolistlərə bir qədər xeyir verir.

Onu da bildirək ki, Əbülfəz Məlikov təkcə gömrük sistemində deyil, kənd təsəsrrüfatı sahəsində də at oynadır. Kənd təsərrüfatının inkişafına yönləndirilən pulların bir qisminin məhz Əbülfəz Məlikovun həyata keçirdiyi layihələr sayəsində mənimsənildiyi iddia olunur. Əbülfəz Məlikovun həyata keçirdiyi layihələrdən biri də yarımçıq qalmış “Fermer evləri” layihəsidir. Bəzi iddialara görə bu layihəyə kifayət qədər vəsait sərf olunsa da, ortada gözlə görünəcək heç bir şey yoxdur. Bu barədə daha ətraflı növbəti yazımızda.

Yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc eləməyə hazırıq.

MilliYol.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ