SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Samir Şərifov haqda ilginc iddia - Yüklü miqdarda pulu ölkədən çıxarıb

Samir Şərifov haqda ilginc iddia - Yüklü miqdarda pulu ölkədən çıxarıb

Tarix:

27-02-2017, 09:43

/ 1 931 dəfə oxundu.
Samir Şərifov haqda ilginc iddia - Yüklü miqdarda pulu ölkədən çıxarıb

Maliyyə naziri Samir Şərifov haqda ilginc iddialar yayılıb. Bu barədə daxil olan məlumatdan aydın olur ki, yola salınacağı ehtimalı yüksək olan Samir Şərifov yaxın çevrəsinin iştirakı ilə ölkədən yüklü miqdarda pul çıxara bilib.

Mənbənin söylədikləri: "Söhbət çox ciddi məbləğdənv - 1 milyard dollardan gedir. Bu pullar Azərbaycanın dövlət büdcəsindən zaman-zaman oğurlanıb".

Mənbə iddia edir ki, Samir Şərifovun göstərişi ilə həmin vəsait "bir neçə tranzit araçılığı ilə kamufulyaj olunmuş şəkildə" ölkədən çıxarılıb.

Hələlik məsələnin tam mahiyyəti ilə bağlı geniş bilgilərimiz olmasa da, əlavə informasiyalar əldə etməyə çalışacağıq.

Qarşı tərəfi də dinləməyə hazırıq...

dia.az

Şərhlər

XƏBƏR LENTİ