SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » 83 yaşlı baş nazir Ziya Məmmədovun adını saytdan sildi, gənc rabitə naziri isə…

83 yaşlı baş nazir Ziya Məmmədovun adını saytdan sildi, gənc rabitə naziri isə…

Tarix:

24-02-2017, 00:22

/ 3 279 dəfə oxundu.
83 yaşlı baş nazir Ziya Məmmədovun adını saytdan sildi, gənc rabitə naziri isə…

Ziya Məmmədovun adı Nazirlər Kabinetinin rəsmi saytından silinib

Əməkdaşımız bu faktın şahidi olub. Ləğv olunmuş Nəqliyyat Nazirliyi artıq siyahıda yer almır.

Məntiqlə bu addım təbiiki, qanunvericiliyə uyğundur. Sadəcə, Nəqliyyatın birləşdiyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında bu haqda heç bir düzəliş olunmayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanan qurumun rəsmi saytında isə operativ bir də görülməyib.

Bu nazirliyin birbaşa funksiyası texnologiyalar, kommunikasiyalarla əlaqədardır, internet əsri ilə ayaqlaşaraq müasir texnologiyaya uyğun fəaliyyət göstərməkdir.

Di gəl nazir Ramin Quluzadə primitiv texniki yenilikdə etməyib. Bu halda qoca kadrların rəhbərlik etdiyi nazirliklərin və komitələrin rəsmi saytından nə gözləmək olar?!

Halbuki, sərəncamdan yetərincə zaman keçib və texnologiyalar nazirliyi dərhal rəsmi saytda operativ işlər aparmalı, nəqliyyatın adını əlavə etməli, strukturlar barəsində məlumatlar yerləşdirməliydi.

83 yaşlı baş nazirin rəhbəri olduğu NK-nin rəsmi sayt dərhal düzəliş edir, müasir texnologiyadan anlayışı olan gənc rabitə naziri isə hər hansı yenilik etməyib.

Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətbaşçısının digər Sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanıb.

Sərəncama əsasən Nazirlər Kabineti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlamalıdır. Sonra prezidentə təqdim edəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar Prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflər iki ay müddətində hazırlanıb dövlət başçısına təqdim olunacaq. Həmçinin Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılması üç ay müddətində təmin edilib Prezidentə məlumat veriləcək.

Şərhlər

XƏBƏR LENTİ