SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Astroloqdan Bakı meri postu ilə bağlı İLGİNC PROQNOZ - "Bu mühüm posta üç namizəd var"

Astroloqdan Bakı meri postu ilə bağlı İLGİNC PROQNOZ - "Bu mühüm posta üç namizəd var"

Tarix:

1-05-2018, 09:14

/ 1 847 dəfə oxundu.
Astroloqdan Bakı meri postu ilə bağlı İLGİNC PROQNOZ - "Bu mühüm posta üç namizəd var"

Prezident seçkilərindən sonra yeni hökumətin formalaşmasında yer alan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbtov kabinetdə fərqli postda yer aldı. Hazırda Bakı şəhər icra hakimiyyətinə təyinat yoxdur. Bu posta təyinat ala biləcək şəxslər haqqında müxtəlif informasiyalar, proqnozlar yayımlanır. Hətta, müxtəlif adlar da çəkilir. Belə ki, namizədlər sırasında hazırda Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı olan Zakir Fərəcovun, Suraxanı rayon icra İcra hakimiyyətinin başçısı İlqar Abbasovun, deputat Zahid Oruc və "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanovun adı çəkilir. Təbii ki, bunlar ehtimallardır və Bakı meriyasına tamamilə fərqli, ümumiyyətlə, adı çəkilməyən şəxs də təyin oluna bilər.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Cebhe.info-ya açıqlamasında Bakı icra başçısının kimliyi ilə bağlı proqnoz verməyin çətin olduğunu deyib:

“Bakı şəhər İcra Hakimiyyətinə təyin olunacaq adam hakimiyyətdaxili mübarizənin nəticəsindən asılı olacaq. Bakı meri çox strateji postdur. Ora kimin təyin olunacağını əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Çünki mübarizə daxildə gedir və nələrin baş verdiyindən heç kimin xəbəri yoxdur. Hesab edirəm ki, təyinatın yubanmasının səbəbi də məhz odur”.

Astroloq Səbuhi Rəhimli isə Bakı Şəhər İcra Hakimiyyətinə 3 namizəd olduğunu və bu həftə ərzində təyinatın olacağını deyib:

“Yeni həftədə (30 aprel-6 may) xalqımız yeni merin kimliyini biləcək. Bu mühüm posta üç namizəd var. Onlardan ikisi hazırda icra başçısı işləyir, biri isə icra başçısı işləmir. Onlardan birinə Rusiya qəti etiraz edir, birini də Türkiyə hökuməti arzulamır. Onlardan ikisi rəqib qruplaşmalardan birinə, biri isə digərinə məxsusdur. Uzun sürən dövlətlər və hökumətlərarası dartışmadan sonra nəhayət ki, yetkil qərara gəlinib. Dünən və bu gün real namizədə son təlimatlar verilib. Bu qədər ipucları yetmirsə, son əlavəmi də edim ki, namizəd kişidir”.

Şərhlər

XƏBƏR LENTİ