SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycanda bu gün istefa verəcək nazirlərin siyahısı - Kim qalacaq, kim gedəcək...

Azərbaycanda bu gün istefa verəcək nazirlərin siyahısı - Kim qalacaq, kim gedəcək...

Tarix:

18-04-2018, 09:21

/ 2 788 dəfə oxundu.
Azərbaycanda bu gün istefa verəcək nazirlərin siyahısı - Kim qalacaq, kim gedəcək...

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi baş tutacaq və o, səlahiyyətlərinin icrasına başlayacaq.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə əsasən, prezident səlahiyyətlərinin icrasına başladığı gün Nazirlər Kabineti tam tərkibdə istefa verməlidir. YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədov da nazirlərin 18 aprel tarixində istefaya göndəriləcəyini açıqlayıb.

Prezident İlham Əliyev Konstitusiyaya uyğun olaraq, yeni Nazirlər Kabineti formalaşdıracaq. Yeni kabinetdə indiki nazirlərdən hansının təmsil olunub-olunmayacağı isə Prezidentin səlahiyyətindədir və qısa müddətdə ictimaiyyət bu barədə məlumatlandırılacaq.

Hazırda Nazirlər Kabinetinin 7 nəfər İdarə heyətinin üzvü və 18 nazirliyi aşağıdakılardır:

1. Baş nazir Artur Tahir oğlu Rasizadə
2. Baş nazirin birinci müavini Yaqub Abdulla oğlu Eyyubov
3. Baş nazirin müavini Abid Qoca oğlu Şərifov
4. Baş nazirin müavini Elçin İlyas oğlu Əfəndiyev
5. Baş nazirin müavini Əli Cavad oğlu Əhmədov
6. Baş nazirin müavini, Qaçqınkomun sədri Əli Şamil oğlu Həsənov
7. Baş nazirin müavini İsmət Dursun oğlu Abasov
8. Daxili İşlər naziri Ramil İdris oğlu Usubov
9. Ekologiya və Təbii sərvətlər naziri Hüseynqulu Seyid oğlu Bağırov
10. Energetika naziri Pərviz Şahbazov
11. Ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədov
12. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Yanvar oğlu Müslümov
13. Gənclər və İdman naziri Azad Arif oğlu Rəhimov
14. Fövqəladə Hallar naziri Kəmaləddin Fəttah oğlu Heydərov
15. Xarici İşlər naziri Elmar Məhərrəm oğlu Məmmədyarov
16. İqtisadiyyat və sənaye naziri Şahin Abdulla oğlu Mustafayev
17. Kənd Təsərrüfatı naziri Heydər Xanış oğlu Əsədov
18. Maliyyə naziri Samir Rauf oğlu Şərifov
19. Mədəniyyət və Turizm naziri Əbülfəs Mürsəl oğlu Qarayev
20. Müdafiə naziri Zakir Əsgər oğlu Həsənov
21. Müdafiə Sənayesi naziri Yavər Talıb oğlu Camalov
22. Rabitə, Nəqliyyat və Yüksək Texnologiyaları naziri Ramin Quluzadə
23. Səhiyyə naziri Oqtay Kazım oğlu Şirəliyev
24. Təhsil naziri Ceyhun Əziz oğlu Bayramov
25. Vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarov

Həmçinin Nazirlər Kabineti özündə 9 komitə, 2 administrasiya, 6 xidmət sahəsini də birləşdirir.

Şərhlər

XƏBƏR LENTİ