SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » ATƏT Əziz Orucovun azadlığa buraxılmasını alqışlayıb

ATƏT Əziz Orucovun azadlığa buraxılmasını alqışlayıb

Tarix:

6-04-2018, 15:04

/ 1 628 dəfə oxundu.
ATƏT Əziz Orucovun azadlığa buraxılmasını alqışlayıb

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Desir “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun azadlığa buraxılmasını alqışlayıb.

Bu barədə ATƏT-in yaydığı bəyanatda deyilir.

"Mən dövlətin rəhbərliyi ilə digər jurnalistlərin məsələsi ilə bağlı əməkdaşlıq etməyə, habelə ölkədə media azadlığı ilə bağlı vəziyyətin inkişaf etdirilməsinə dəstək verməyə hazıram", - deyə H. Desir qeyd edib.

Qeyd edək ki, aprelin 5-də Ali Məhkəmədə Ə. Orucovun kassasiya şikayətinə baxılıb. Məhkəmə Ə. Orucov barəsində Bakı Apellyasiya məhkəməsinin qərarını qismən ləğv edib. Ə. Orucov 3 il müddətinə azadlıqdan məhrum edilib və bu qərar şərti cəza ilə əvəzlənib. Onun azadlığa buraxılmasına qərar verilib.

Xatırladaq ki, Ə. Orucov ötən il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Ə. Orucov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin olunmayıb. Kassasiya şikayəti həmin qərardan verilib.

Şərhlər

XƏBƏR LENTİ