SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Xalq Cümhuriyyətinin 100 il əvvəl qadınlara səsvermə hüququ verməsi azadlığın yüksək səviyyəsi idi" - Prezident İlham Əliyev

"Xalq Cümhuriyyətinin 100 il əvvəl qadınlara səsvermə hüququ verməsi azadlığın yüksək səviyyəsi idi" - Prezident İlham Əliyev

Tarix:

5-04-2018, 10:41

/ 1 391 dəfə oxundu.
"Xalq Cümhuriyyətinin 100 il əvvəl qadınlara səsvermə hüququ verməsi azadlığın yüksək səviyyəsi idi" - Prezident İlham Əliyev

"Qoşulmama Hərəkatı dünyada sülhün qorunmasında mühüm rol oynayır”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycan bu hərəkatın yeni üzvüdür: “2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv qəbul olunub. Qoşulmama Hərəkatının üzvləri Azərbaycana BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən dəstək veriblər. İyirmi ildir ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Dünya qəbul edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik təmizləmə aparılıb. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Dünyanın bir sıra ölkələri bu soyqırımı tanıyıb. Xocalı soyqırımı insanlığa qarşı bir cinayət idi”.
Prezident təəssüflə vurğulayıb ki, işğal bu günə qədər davam edir: “Beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Azərbaycan torpaqları işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qətnamələri indiyə qədər yerinə yetirilməyib. ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların bu sahədə qərarları da yeninə yetirilməyib. Ermənistanın etnik təmizləmə aparmasına baxmayaraq, Ermənistana qarşı hər hansı sanksiya qəbul edilməyib. İşğal olunmuş ərazilərdə hər şey dağıdılıb. ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatı göstərir ki, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıb. Bu, mədəniyyətimizə qarşı soyqırımdır. Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır, yalnız bundan sonra regiona sülh gələ bilər. Ermənistan monoetnik ölkədir, orada yalnız bir etnik qrup yaşayır. Ermənistandan azərbaycanlılar və digər etnik qruplar qovulub”.

***


"Azərbaycan dünyada mədəniyyətlərarası dialoqa böyük töhfə verir".

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycan öz tarixi ilə fəxr edir: "Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh şəraitində yaşayıb. Azərbaycan həmişə mültikultural ölkə olub. Azərbaycan bundan sonra da bu dəyərləri inkişaf etdirəcək".
Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq: "100 il əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara səsvermə hüququ verib. Bu, 100 il əvvəl azadlığın yüksək səviyyəsi idi. Biz 26 ildir, müstəqilik. Lakin müstəqilliyin ilk illərində Dağlıq Qarabağ münaqişəsi, iqtisadi çətinliklər ilə üzləşmişdik. İqtisadi müstəqillik önəmlidir. Ona görə də biz iqtisadi inkişafa önəm verdik. Bu gün Azərbaycan güclü iqtisadiyyata malikdir. Bizim iqtisadiyyatımız ötən 15 ildə 3 dəfədən çox artıb. Biz insan kapitalının inkişafını da diqqət mərkəzində saxlayırıq. Çoxlu məktəb, xəstəxana tikilib. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı, sağlamlığı dayanıb. Biz insanlarımız üçün yaxşı həyat şəraiti təmin etmək üçün bütün tədbirləri görürük".

***

"Azərbaycanın iqtisadi nailiyyətləri dünyanın aparıcı maliyyə institutlarının hesabatında əksini tapır".

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.
Dövlət başçısı deyib ki, bu nailiyyətlərə Azərbaycan özü nail olub: "Azərbaycan regional əməkdaşlıqda mühüm rol oynayır. Ölkəmiz qitələrarası əməkdaşlığı gücləndirmək üçün layihələr həyata keçirir. Biz bu layihələri qonşu ölkələrlə birgə reallaşdırırıq. Çünki region ölkələri ilə yaxşı əlaqələr qurmuşuq. Azərbaycan bir çox beynəlxalq tədbirlər təşkil edir. Mədəniyyətlərarası Dialoq Forumunu xüsusi qeyd etmək istəyirəm. Azərbaycan Birinci Avropa Oyunları və İslam Həmrəylik Oyunlarını keçirib. Bu, mədəniyyətlər, dinlər və xalqlar arasında dialoq və əməkdaşlığa xidmət edir. Biz bu cür qlobal tədbirləri təşkil etməyə qadirik. İnanırıq ki, Azərbaycanın növbəti müddətə Qoşulmama Hərəkatına sədrliyinə dəstək verəcəksiniz. Biz birlikdə güclüyük".

Şərhlər

XƏBƏR LENTİ