XalqXəbər.Az

“Hər uğurumun arxasında sizin dəstəyiniz durur” - Birinci vitse-prezident-VİDEO

yüklənir...
“Hər uğurumun arxasında sizin dəstəyiniz durur” - Birinci vitse-prezident-VİDEO
21-02-2017, 15:55
yüklənir...

"Mənə göstədiyiniz yüksək etimada görə minnətdarlığımı bildirirəm. Öhdəmə düşən məsuliyyətin ciddiyyətini tam şəkildə dərk edirəm. İnanıram ki, sizin və mənə inanan insanların etimadını doğrultmağı bacaracam".

Bu sözləri ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva Təhlükəsizlik Şurasının iclasında deyib:

"Fəaliyyətim haqqında dediyiniz sözlər və verdiyiniz qiymətə görə təşəkkür edirəm. Belə bir qiymətə layiq olmaq böyük şərəfdir. Sadaladığınız hər bir uğurumun arxasında sizin dəstəyiniz durur. Keçmiş illər ərzində sizin dövlətçilik ideyalarınız, vətənpərvərliyiniz, Azərbaycan dövlətinin maraqlarını sədaqətlə, iradə ilə qorumağınız, insanlarla birliyiniz mənim və mənimlə çalışan bütün insanlar üçün nümunə idi. Fəxr edirik ki, ölkəmizdə baş verən müsbət inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına kiçik də olsa töhfə verməyi bacarmışıq.

Vəzifəsindən asılı olmayaraq, insan öz işini seçəndə ona vicdanla yanaşmalıdır. Söz və işlərində birgə olmalıdır.

Əmin edirəm ki, ölkəmiz və xalqımızın marağını hər şeydən üstün tutacam”.

скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.