SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Prezident Xocalı abidəsini ziyarət etdi

Prezident Xocalı abidəsini ziyarət etdi

Tarix:

26-02-2018, 12:46

/ 1 432 dəfə oxundu.
Prezident Xocalı abidəsini ziyarət etdi

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev abidənin önünə gül dəstələri qoyublar.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.

Anım mərasiminin iştirakçıları abidənin önünə tər güllər düzüblər.
Prezident Xocalı abidəsini ziyarət etdi
Prezident Xocalı abidəsini ziyarət etdi

Şərhlər

XƏBƏR LENTİ