XalqXəbər.Az

Oliqarxlar İnterpolu ələ keçirmək İSTƏYİR: - Azərbaycanın da adı ÇƏKİLDİ...

yüklənir...
Oliqarxlar İnterpolu ələ keçirmək İSTƏYİR: - Azərbaycanın da adı ÇƏKİLDİ...
21-02-2018, 13:35
yüklənir...

İnterpol beynəlxalq cinayətkar qruplaşmaların əlində alətə çevrilə bilər.

Bu barədə Almaniyanın nüfuzlu “Der Spiegel” nəşri xəbərdarlıq edir.

“Avtokrat və fırıldaqçılar cinayətkarlığa qarşı beynəlxalq Polis təşkilatı – İnterpolu öz şəxsi alətlərinə çevirmək istəyirlər. Diqqət mərkəzinə Moldovalı iki şübhəli şəxs düşüb” – deyə məlumat verilib.

Bildirilib ki, sentyabrın ortalarında Kişinyovdən Pekinə içində ənənəvi oyuncaqlar və fotoalbomlar olan hədiyyə qutuları ilə təyyarə uçub.
Təbii ki, diqqət çəkməməsi üçün bu 2286 ton yük, sənədlərdə diplomatik baqaj kimi qeyd olunur.

Bəs əslində bu yükün içində nə var idi?

“Der Spiegel” yazıb ki, yükün tərkibi bir neçə yüz litr şərab, araq və konyakdan ibarət olub. Qeyd olunur ki, bütün bunlar İnterpolun Pekində keçirilən ümumi yığıncağına gedirdi.

“Əməliyyat təbii ki, uğurla nəticələndi. İclasda İnterpol-un İcraiyyə komitəsinin Avropa üzrə təmsilçisi kimi Moldovadan olan yüksək vəzifəli polis nəfəri Ferdollin Lekar təyin olunur. Bundan əlavə 2016-cı ildə İnterpolda yüksək vəzifələrdən birinə onun həmyerlisi Vitaliy Pırloq seçilmişdi.” – yazıda qeyd olunur.

Qeyd edək ki, İnterpolun İcraiyyə komitəsi 13 nəfərlik heyətlə Baş Assambleya tərəfindən seçilir. Onun vəzifələrinə baş katibin faliyyəti və Assambleyanın qərarlarının icraasına nəzarət daxildir. Eyni zamanda komitə orqanın fəaliyyət proqramının hazırlanması və Baş Assambleyanın baxışına təqdim olunması ilə məşğul olur.
Ekspertlər hesab edirlər ki, bunun arxasında avtoritar idarələrin və beynəlxalq cinayətkar qruplaşmaların quruma təsir göstərmək planları durur.

Məlumata görə, onların əsas hədəfi İnterpolun əlində olan beynəlxalq axtarışa verilmiş cinayətkarların siyahılarını ələ keçirməkdir.
Ekspertlərin fikrincə axtarış siyahıları təhlükədədir. Bu siyahılarda manipulyasiya etməklə diktatorlar öz rəqiblərini törətmədikləri cinayətlərdə ittiham edə bilər, oliqarxlar isə öz rəqiblərini oyundan kənarlaşdıra bilərlər.

İnterpolun yeni təmsilçisi Moldovanın tanınmış oliqarxı Vladimir Plaxotnyukun etibarlı adamıdır. Bu oliqarx Moldovanın iqtisadi-siyasi aləmində böyük rolu və cinyətkar aləmlə sıx əlaqələri ilə məşhurdur.

Yüksək vəzifələrdən birində oturan ikinci moldovalının da reputasiyası şübhə doğurur.

“Pırloq və Lekar Moldovanı öz mülkləri hesab edən oliqarx və siyasətçilərin konqlomeratına daxildir.” – vaxtı ilə Moldovada siyasi məhbusların azadlıqları uğrunda mübarizə aparmış vəkil Anna Ursaki qeyd edir.

Beynəlxalq cinayət hüququ sahəsində tanınmış ekspert olan Nikolas Qazeas hesab edir ki, bununla qeyri-hüquqi qurumlar İnterpolun onların siyasi işlərinə qarışmamaları üçün spekulyasiya edirlər.

Məlumata görə, son zamanlar Azərbaycan, Çin və Türkiyə kimi ölkələr beynəlxalq axtarışa daha çox insanları verirlər.

Hüquq müdafiəçisi Ursaki, Plaxotnyukun Ankaraya maraqlı səfərini də qeyd edib. Ankarada Moldovada rəsmi mövqelərə malik olmayan oliqarxı prezident Rəcəb Tayip Ərdoğan qarşılayıb. Qeyd etmək lazımdır ki, həmin gün Ərdoğan hərbi mərasimlə Putini də qarşılayıb.

“Biz İnterpolu beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmaların və avtokrat rejimlərin oyuncağına çevrilməyinə imkan yaratmamalıyıq.” – Ursaki xəbərdarlıq edir.

“Eyni zamanda Pırloq vəzifəsindən xaric olunub. Onun yeni vəzifəsi, Kşinyovun informasiya və təhlükəsizlik xidməti direktorudur” - yazıda bildirilir.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.