SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Samir Şərifovu aprel seçkisindən sonra nə gözləyir?

Samir Şərifovu aprel seçkisindən sonra nə gözləyir?

Tarix:

14-02-2018, 12:32

/ 1 452 dəfə oxundu.
Samir Şərifovu aprel seçkisindən sonra nə gözləyir?

Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra hakimiyyətdə ciddi kadr islahatları gözlənilir

Dövlət başçısının komandaya əl gəzdirməsi və bəzi nazirləri vəzifəsindən azad edəcəyi istisna edilmir.

Prezidentin islahat siyasəti hər zaman həyata keçirilir. Bu dönəm ərzində onlarla nazir, məmur, icra başçıları dəyişib.

Odur ki, bu siyasət aprel seçkilərindən sonra da davam edəcək. Ancaq sosial şəbəkələrdə, cəmiyyətdə suallar qoyulur ki, apreldən sonra hansı nazir vəzifəsindən gedəcək...

Bəzi iddialar və versiyalar ondan ibarətdir ki, maliyyə naziri Samir Şərifov seçkidən sonra Nazirlər Kabinetinin tərkibində təmsil olunmaya bilər.
Bir müddət əvvəl başı üzərində “qara bulud”lar dolaşan nazirlə bağlı kompromat materiallar, faktlar faş edilmişdi.

S.Şərifovun üç ölkənin agenti olması, manatın devalvasiyasında rolu və Beynəlxalq Bank qalmaqalında adının keçməsi, Cahangir Hacıyevin ona ittihamları nazirin vəziyyətini gərginləşdirmişdi.

Son vaxtlar nazir kölgəyə çəkilməyə məcbur olub. Cahangir Hacıyev ABB-nin rəhbərliyindən uzaqlaşdırılaraq həbs ediləndə baş verənlərin arxasında Samir Şərifovun dayandığı iddia edilirdi.

Bildirilirdi ki, nazir maliyyə bossları arasındakı əsas rəqibini çoxdan sıradan çıxarmaq istəyirdi. Nəhayət maliyyə böhranı və manatın devalvasiyaya uğraması Samir Şərifov üçün əla fürsət yaratdı və o, Cahangir Hacıyev üzərində qələbə qazandı.

Samir Şərifovun yaxın adamı kimi tanınan Elmar Məmmədovun ABB-nin rəhbərliyinə gətirilməsi, Cahangir Hacıyevin məhkəmə proseslərində "kredit qalmaqalı" ilə bağlı maliyyə nazirini hədəfə alması bu iddiaları bir qədər də möhkəmlətdi.

Ancaq hakimiyyətin yuxarı eşelonunda və prezidentin gözündə S.Şərifov hələ də təmizə çıxmayıb, reputasiyasını bərpa edə bilməyib. Gözləntilər var ki, seçkidən sonra yeni maliyyə naziri təyin oluna bilər.

Samir Şərifovun keçmiş vergilər naziri Fazil Məmmədovu, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovu da küncə sıxışdırdığı barədə iddialar dolaşırdı.

Bütün bunlar isə maliyyə nazirinin baş nazir olmaq istəyi ilə izah edilirdi. Bu seçkilərdən sonra bir neçə nazir vəzifədən çıxarılacaq. Mənbələr də iddia edirlər ki, prezident islahatçı kadrları qabağa çəkəcək.

S.Şərifov üçün də aprel seçkisindən sonrakı dövr sınağı müddəti ola bilər. Maliyyə naziri bir vaxtlar Qərbin çiyinlərində hakimiyyətdə yüksəlişinə inanırdı.

Onun məxfi agentliyi barəsində hakim dairələrə sızan kəşfiyyat məlumatından sonra S.Şərifov “zərərsizləşdirildi”.

O, F.Əliyev kimi “narıncı inqilab” ideyasını davam etdirmək niyyətində idi. Lakin hakimiyyətin siyasi təcrübəsi və beynəlxalq arenadakı əlaqələri S.Şərifovun arzularını qursağında qoydu.

Nazirin üç ölkənin agenti kimi ifşa olunmasına baxmayaraq, əslində, maliyyə şefi daha çox Qərb dairələrinə meylli idi.

Onun siyasi dosyesinin indinin özündə də İ.Əliyevin masası üstündə olduğu xəbər verilir. Ölkə rəhbərliyi hələ də maliyyə nazirinə güvənmir.

Manatın devalvasiyası, bank sektorunun çöküşü və maliyyə sabitliyinin pozulmasında nazirin məsuliyyəti olsa da, ona bu problemlərə görə o dərəcədə də qəzəb yoxdur.

Gələn xəbərlərə görə, onun vəzifədən getməsindənsə, mərhələli şəkildə zəiflədilməsi kursu götürülüb. Hətta nazir son hadisələrin ardınca istefa verməyə hazır olduğunu da açıqlayıb. Amma hakim dairələr onun gedişinə imkan verməyib.

Nazirin qələmi qırılsa da, qırılmış qələmlə fəaliyyət göstərməyə məhkum edilib. Nəticədə maliyyə naziri nəqliyyat nazirinin aqibətini yaşamaqla məşğuldur.

Baxmayaraq ki, S.Şərifov spekulyasiyalar edərək mövqeyini möhkəmləndirməyə can atıb. Bununla belə, onun iqtidardakı dayaqları zəiflədilib.

Xəbərə görə, adı üç ölkənin casusu, manat qatili, Cahangir Hacıyev işi, Dubayda 12 min dollarlıq oteldə gecələmək və vitse-prezidentlik iddialarına qədər hallanmış S.Şərifovun kölgəyə çəkilmək istəkləri var.

Onsuz da halqası daralan və səlahiyyətlərinin azaldılması planalaşdırılan bir ərəfədə vəziyyətdən ayrı çıxış yolu qalmayıb.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ