yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Abutalıbovun oğul dərdi: ata verən adı dəyişən övlad niyə Abu Bəkr oldu? - Gizlinlər...

Abutalıbovun oğul dərdi: ata verən adı dəyişən övlad niyə Abu Bəkr oldu? - Gizlinlər...
12-02-2018, 15:46 848 dəfə baxılıb

Ata üçün oğulun fərsiz yaxud nankor çıxması, ondan üz döndərməsi, övladının başqa yollar seçməsi qədər ağır dərd yoxdur. Məsələn, Teymurləngin oğlu Miranşah nümunəsini qeyd etmək olar.
Bu illər ərzində hakimiyyətdəki məmurların kimisinin övladı qudurğanlıq edib, kimisinin oğlu avtoqəzada adam öldürərək başağrısı yaradıb, kimisi atasını rüsvay edib.
FİA.Az mətbuatda və sosial şəbəkələrdə son zamanlar müzakirə olunan Bakı meri Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun öz adından imtina etməsinə diqqət çəkib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov adını dəyişib. Bundan ağır dərd, bundan dəhşətli kədər ola bilməz.
Abutalıbov dünyaya göz açan övladına İsrafil adını qoyanda ağlına da gəlməzdi ki, zaman gələcək oğul atasının verdiyi addan imtina edəcək.
Heç bir vəzifə, şöhrət, mal-mülk, milyonar Abutalıbova bu dərdi, nisgili ovundura bilməz. Çünki onun övladı xalq arasında vəhabi deyilən təriqətin davamçısı, sələfi olaraq Abu Bəkr adını götürüb.
Bu haqda Gununsesi.info məlumat yayıb. Xəbərə görə, artıq Abu Bəkr Abutalıbov olan mer oğlu İstanbulun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara olan otel alıb.

O, Türkiyədə vətəndaşlıq statusu alıb, otelin yenilənməsi üçün daha bir neçə milyon xərcləyib.

“Ajwa” adı ilə fəaliyyət göstərən oteldə Azərbaycan mətbəxini təklif edən ayrıca restoran da fəaliyyət göstərir. Abu Bəkr Abutalıbov “Ajwa” markası ilə ikinci otelini də Kapadokyada açacaq.

Əlbəttə ki, Abu Bəkr Abutalıbovun böyük imkanları, biznes şəbəkəsi ola bilər. Bu maliyyənin Türkiyədə investisiya kimi qoyulması da təsadüfi deyil.
Çünki Türkiyədə sələfi şəbəkələr fəaliyyətdədir. Onların Suriyaya çıxış kanalları mövcuddur.

Ancaq bir məmur ata olaraq H.Abutalıbov üçün oğlunun adını dəyişməsi, bu təriqəti seçməsi ömrünün axırına qədər ağır dərddir.
“Yeni Müsavat” isə yazır ki, sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun qızı ilə boşanandan sonra İsrafil Abutalıbov uzun müddət Londonda yaşamışdı.
Bakıya illər sonra tamam başqa qiyafədə və düşüncədə qayıdan Hacıbala Abutalıbovun oğlu atasının belə işdən çıxmasına təkid etməsi xəbərləri yayılmışdı.
Belə xəbərlər vardı ki, İsrafil Abutalıbov vəhhabilər kimi uzun saqqal saxlayır, onlar kimi şalvarının balağını gödəldib.
Valideynləri bundan təəccüblənsə və gözləmədikləri belə yeniliyə etiraz etsə də, o, heç kimə və heç nəyə məhəl qoymadan düşüncəsindən dönməmişdi.
Evə qapılaraq gündə 5 rükət namazını qılır, vaxtını yalnız dini ədəbiyyat oxumaqla keçirirdi.
Merin oğlunun adı Bakıda vəhabi şəbəkəsini himayə etməkdə çəkilirdi.
Hacı Əbdül müsahiblərinin birində demişdi ki, əgər dövlətimiz vəhhabilərlə mübarizə aparmaq istəyirsə, birinci dövlət başında olanlardan başlasın:
“Hacıbala Abutalıbovun oğlu vəhhabiliyi təbliğ edir. Abutalıbovun və Hacıbala kimilərin qazandığı pullar hamısı Azərbaycanda vəhhabilərin təbliğinə gedir.
O boyda Bakının meridir, oğlu vəhhabiliyə qulluq edir, dövlət bunu görmür? Qoy onu cəzalandırsınlar, o biri dövlət adamları da görsün ki, bu işlə məşğul olanların aqibəti necə olur”.
Bir neçə il qabaq Azərbaycanda Yusif əl Qardavini təbliğatını təşkil edən və Suriyadakı vətəndaş müharibəsini müqəddəs cihad adlandıran "Elm Yurdu" Sosial Araşdırmalar İctimai Birliyi adı altında fəaliyət göstərən Elşad Mahmudov adlı şəxs vardı.
Media yazırdı ki, İsrafil Abutalıbov Türkiyədə yaşamasına baxmayaraq Elşad Mahmudov kimi pozucu fəaliyyəti olan din adamlaırnı maliyyələşdirməyə davam etməkdədir.
Daha sonra deyilir ki, Elşad Mahmudov arxasında Fətullah Gülən Paralel Şəbəkəsi ilə əlaqəli Fərid Novruzi və Vəhhabilərlə adı hallanan İsrafil Abutalıbov var.
Qeyd edək ki, M.Mahmudovla yəhudi əsilli biznesmen Qurban Mahmudov 2009-cu ildə Yasamal rayonu, Nazim Hikmət küçəsində İ.Abutalıbovun adamı kimi tanınan Bəxtiyar Məmmədovdan ofis icarəyə götürüblər.
İki il fəaliyyət göstərdikdən sonra - bu ilin aprelində ofisə iki saqqallı, şalvarlarının balağı qısa şəxs gələrək Q.Mahmudovu İ.Abutalıbovun adından hədələməklə lombard fəaliyyətinin dinə zidd olduğunu deyərək, ofisi boşaltmasını tələb ediblər.
Bundan sonra Q.Mahmudov M.Mahmudovla şərikliyinə son qoyaraq birdəfəlik ölkədən gedib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Abu, Bekr, ovlad, deyishen, derdi, , Abutalibovun, veren, oldu, adi, ata, Gizlinler, niye, ogul
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ