SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Artur Rəsizadəni onun əvəz edəcəyi deyilir - İDDİA

Artur Rəsizadəni onun əvəz edəcəyi deyilir - İDDİA

Tarix:

12-02-2018, 09:47

/ 1 955 dəfə oxundu.
Artur Rəsizadəni onun əvəz edəcəyi deyilir - İDDİA

2018-ci il aprelin 11-nə Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunması, təbii olaraq, gündəmin əsas mövzusudur. Amma qarşıdakı 2 ay zamanda gərgin seçki dönəmini gözləmək olmaz. Müxalifətin böyük hissəsi seçkidə iştirakdan imtina edib. Azərbaycanda prezidentin dəyişməyəcəyi, qarşıdakı 7 ildə də ölkəyə İlham Əliyevin rəhbərlik edəcəyi yəqinləşib. Elə bu səbəbdən də hakimiyyət kuluarlarında indi prezident seçkisi deyil, Nazirlər Kabinetinin tərkibində planlaşdırılan kard dəyişiklikləri daha ciddi müzakirə edilir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlarda bildirilir ki, 11 aprel seçkilərindən sonra yeni hökumət kabineti formalaşa bilər. Xatırladaq ki, Prezident and içdikdən dərhal sonra bütün hökumət üzvləri avtomatik istefaya getmiş hesab olunur. Bu, planlaşdırılan kadr islahatlarını daha ağrısız şəkildə reallaşdırmaq imkanı yaradır. Amma daha çox maraq doğuran isə ölkənin yeni baş naziri ilə bağlı ehtimallardır.
Artur Rəsizadə dönəmi niyə sona çatdı?
Daxil olan məlumatlarda bildirilir ki, dövlət büdcəsinin yükünü azaltmaq və islahatların daha effektiv olması üçün nazirliklərin bir hissəsi ləğv edilərək yenidən təşkil olunacaq. Bu isə Nazirlər Kabinetinə daha effektiv rəhbərliyi zəruri edir. Hələ sentyabr referendumundan əvvəl də Nazirlər Kabinetində ciddi reformalara ehtiyac olması barədə danışılırdı və mediada yeni baş nazirin kimlyi dartışılırdı. 1996-cı ildən ölkənin baş naziri olan (yalnız qısa müddətdə – 2013-cü ilin avqustundan noyabrınadək baş nazir olmayıb) Artur Rəsi-Zadənin indiyədək əvəzedilməz edən səbəblər sırasında onun təşkilatçılıq bacarığı heç vaxt önə çəkilməyib. İki il öncə 80 yaşını qeyd edən Rəsi-Zadəni bu postda qalmasına səbəb kimi daha çox ölkənin ikinci şəxsi olaraq iddiasızlığı göstərilirdi. Yeni konstitusiya dəyişiklikləri fors-major situasiyalarda baş nazirin ölkə rəhbərliyinə yiyələnə biləcəyi ehtimalını minimal edib. Bu baxımdan da iqtidar üçün əvəzedilməz olan Rəsi-Zadə indi arxayın vaxtı çoxdan ötmüş fəxri təqaüdə göndərilə bilər. Artur Rəsizadə neft bumunun ölkəyə dollar axıtdığı zamanda öz kabinetində arxayın oturur, xatırlayırsızsa, hətta Milli Məclisdəki büdcə müzakirələrində illik hesabatı belə vərəqdən oxumağa həvəs göstərmir, bu işi maliyyə nazirinə həvalə edirdi. İndi isə dövr özü də Rəzi-Zadənin əvəzlənməsini tələb edir. Çünki dövlət başçısının yeni iqtisadi konsepsiyası baş nazirin kabinetində oturması ilə uyğun gəlmir. İndi daha çox işləmək, daha çevik qərarlar vermək, ölkəni çətin iqtisadi dövrdən çıxara biləcək Nazirlər Kabinetinə rəhbərlik etmək lazımdır.
Yeni Baş Nazir necə olmalı?
İllərdir bu posta ən müxtəlif şəxslərin gətiriləcəyi ilə bağlı çoxsaylı versiyar irəli sürülüb. Rəsi-Zadə dəyişmədiyi üçün bu versiyalar da gündəmdən düşüb. Hazırda isə Rəsi-Zadənin gedəcəyi ilə bağlı mediadan daha çox, hakimiyyət daxilində müzakirələr gedir ki, bu da ara-sıra mətbuata da sızır. Qeyd edək ki, baş nazir Artur Rasizadənin əvəzlənməsi zərurəti çoxdandır yaranıb. Lakin iqtidarda baş nazir postuna iddialıların çox olması Artur Rasizadənin əvəzlənməsini ləngidir. Indiyə qədər baş nazir postuna əsas iddialılar sırasında nəqliyyat naziri Ziya Məmmədovun, dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayevin, Milli Məclisin sədri Oqtay Əsədovun, Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun və qeyrilərinin adı çəkilib. Lakin görünən odur ki, ölkə rəhbəri bu şəxslərdən heç birini Artur Rasizadənin postuna təyin etmək niyyətində deyil. Burada seçim imkanı müstəsna hal kimi ölkə prezidentinə məxsusdur və o, birmənalı şəkildə iqtidarının bütün nöqtələrinə ciddi şəkildə nəzarəti həyata keçirə bilir. İddialı qrup və şəxslərin davaları əslində bir-birilərinə qarşıdır. Kim ki, namizədlər, iddiaçılar siyahısında ola bilər, onları ictimaiyyətin və prezidentin gözündən salmaq üçün incə, bəzi hallarda hətta qaba texnologiyalardan istifadə olunur. Bu zaman mətbuatın imkanlarından da geniş istifadə olunur. Diqqətəlayiq hal budur ki, indi qarşılıqlı savaşan klanlar yalnız ölkə mətbuatında deyil, xarici mətbuatda da bir-birinə qarşı kompromat müharibəsi aparırlar. Adı namizədlər sırasında olub məqsədə çatmayanların uğursuzluq səbəblərindən biri də məhz bu faktor olub. İndi isə situasiya dəyişib. Bu dəfə oliqarxlar deyil hakimiyyət piramidasının zirvə nöqtəsi yeni baş nazir istəyindədir.
Şanslı namizəd
Hakimiyyətdaxili etibarlı mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumata görə yeni baş nazir müəyyən parametrlərinə görə əvvəlkindən fərqlənməyən biri olacaq. Yəni o da A. Rəsizadə kimi iddiasız, arxası və komandası olmayan, eyni zamanda reputasiyası o qədər də ləkəli olmayan məmur olacaq. Artıq həmin şəxs müəyyənləşib. Bu hazırda baş nazirin müavini, əslən Qərbi Azərbaycandan olan Əli Əhmədovdur. Son prezident seçkilərində indiki dövlət başçısının səlahiyyətli nümayəndəsi olan Ə.Əhmədov Milli Şuranın namizədinə qarşı sərt mövqeyi ilə yadda qaldı. Hələ seçki başa çatmamış “Yeni Müsavat” Ə.Əhmədovun yüksək vəzifəyə gətiriləcəyini xəbər vermişdi. Dövlət başçısı İlham Əliyev 19 oktyabr inauqurasiyasından sonra Ə.Əhmədovu baş nazirin müavini postuna təyin etdi. Hələ o vaxt da bir çox siyasi ekspertlər Ə.Əhmədovun Nazirlər Kabinetinə gətirilməsini hakimiyətin baş nazir planları ilə izah edirdilər. Ə.Əhmədovun təkcə YAP-da bacarıqlı təşkilatçı deyil, həm də nazir müavini kimi də iqtidarın ümidlərini doğrultduğu deyilir. Bir çox ekspertlər Əli Əhmədovun gözlənilmədən YAP-ın İcraçı katib vəzifəsindən baş nazirin müavini vəzifəsinə gətirilməsini də məhz bu məqsədə xidmət etdiyi qənaətindədir. Hakimiyyət bu gedişi ilə Artur Rəsizadəni əvəzləməklə yeni simada “köhnə Artur”-u baş nazir etmək, eyni zamanda hakimiyyət daxili balansı saxlamaq istəyir. Çünki Əli Əhmədov hakimiyyət daxili qrupların hammısından demək olar ki, eyni məsafədə qalan, ailə hakimiyyətinə sadiq bir şəxsdir.

Şərhlər

XƏBƏR LENTİ