SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Hakimiyyət korrupsiya ilə mübarizəni gücləndirir: Prokurorluğun Gəncə əməliyyatının şok sirri

Hakimiyyət korrupsiya ilə mübarizəni gücləndirir: Prokurorluğun Gəncə əməliyyatının şok sirri

Tarix:

20-02-2017, 00:24

/ 2 291 dəfə oxundu.
Hakimiyyət korrupsiya ilə mübarizəni gücləndirir: Prokurorluğun Gəncə əməliyyatının şok sirri

Azərbaycanda korrupsiyaya qarşı mübarizənin və islahatların miqyası genişlənir.Hüquq-mühafizə orqanları vətəndaşların şikayət və müraciətlərinə xüsusi həssaslıq nümayiş etdirir

Məlumata görə, Gəncə Musiqi Kollecində tələbələrdən rüşvət yığılması ilə bağlı keçirilən əməliyyat növbəti dərs idi.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının kollecdə rüşvət faktını ifşa etməsi ayrı-ayrı məmurlara da bir xəbərdarlıq mesajı idi.Prokurorluq vətəndaşların müraciətlərinə xüsusi diqqət göstərdiyini və hərtərəfli araşdırdığını bir daha sübut etdi.

Baş Prokurorluq həmişə mətbuatda gedən, Baş prokuror Zakir Qaralova ünvanlananməktublara, müraciətlərə reaksiya verib, araşdırıb və müvafiq tapşırıq əsasında problem həllini tapıb.

Bu baxımdan Gəncədəki əməliyyat da məhz vətəndaşları narahat edən məsələyə verilən reaksiyanın müsbət nəticəsi idi. Eyni zamanda rüşvətə bulaşmış məmurlara bir ismarıc idi ki, hüquq-mühafizə orqanları, prokurorluq əməkdaşları onlar barəsində “Qaynar xətt”ə gələn şikayətləri araşdırır, heç bir məmur arxayınlaşmasın.

Əslində, 2011-ci ildən korrupsiyaya qarşı mübarizə tədbirləri sərtləşdirilib.Son zamanlarda isə rüşvətə qarşı mübarizə daha da gücləndirilib, ölkədə gedən social-iqtisadi islahatların tərkib hissəsinə çevrilib.

Məlumata görə, Gəncə Musiqi Kolleci haqda vaxtaşırı redaksiyalara da şikayətlər daxil olurdu.Tələbələrin narazılığı pik həddə çatmışdı.

Maraqlıdır ki, Gülçin Mirzəyevanın Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunması bir neçə gün idi rəsmiləşmişdi.

Fevralın 16-sı yayılan xəbərdə bildirilirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən, Şahnaz Haşımova direktor vəzifəsindən azad edilib.Nazir Əbülfəs Qarayevin biabırçı təyinatı və yoxlanmamış etdiyi seçim nəticədə 2 günə onun rüşvətxorluğunu faş edib. Ə.Qarayev G.Mirzəyevanı təyin edəndə hara baxırmış sual açıq qalır.

Bununla da Gəncə əməliyyatı məmurların ehtiyatı əldən verməməsi üçün bir görk oldu. Çünki prokurorluğun rüşvətxorluqla mübarizədə mövqeyi birmənalıdır və qətidir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2016-cı ildən Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunmasına baxmayaraq Gəncə Musiqi Kollecinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən sabiq direktor Gülçin Mirzəyeva həmin kollecin direktor müavini Fatimə Qafarzadə ilə qabaqcadan əlbir olaraq özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə kollecin tələbələrindən, habelə onların qohumları və valideynlərindən imtahan sessiyasında müsbət qiymətlərin yazılması üçün ümumilikdə 2000 manat məbləğində pulu rüşvət kimi tələb edib almalarına şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb.

Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə G.Mirzəyeva və F.Qafarzadə vəzifədən kənarlaşdırılıblar. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ