yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Deputat Ağalar Vəliyev “Kristal Abşeron”dan Mahmudov çetesinə nələr verib?

Deputat Ağalar Vəliyev “Kristal Abşeron”dan Mahmudov çetesinə nələr verib?
31-01-2018, 09:11 1 015 dəfə baxılıb

Deputat Ağalar Vəliyevin olduğu iddia edilən “Kristal Abşeron” şirkəti ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindəki çeteyə obyektlər və evlər bağışlayıbmış
Mediaya istinadən verdiyimiz məlumatda bildirir ki, A.Vəliyev MTN bandasının tələsinə düşüb.
Onun hökumətin siyasətini tənqid edən səsyazı Eldar Mahmudov qruplaşmasının əlinə keçib.
İş adamlarının sıxışdırılmasından şikayətlənən deputat səsyazısında bəzi fikirlər səsləndirib.
Bundan sonra yağlı tikə MTN-nin əlində maddi sübut kimi saxlanıb. A.Vəliyevi nazirliyə çağıraraq onunla profilaktik söhbət aparılıb.
Millət vəkili fakt qarşısında aciz qalaraq Mahmudov çetesinin diktəsi ilə hərəkət etməli olub.
İddialara görə, deputatdan 1 milyon və "Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil alınıb.
Lakin millət vəkili bu günə qədər iddialara cavab verməyib. Onun sükutu deyilənləri təsdiqləyir.
Amma yanan bina işində də A.Vəliyevin MTN toruna düşməsi hakimiyyətin bu deputata münasibətini tamamilə dəyişib. İki il sonra parlament seçkilərində A.Vəliyev namizəd olmaya bilər.
Əslində “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Ağalar Vəliyevin kifayət qədər biznesi var.
“Azəraqrartikinti” ASC-nin eyni zamanda qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 93 ünvanda daha iki şirkət də qeydiyyatdadı. Bunlardan biri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin adına qeydiyyatdan keçmiş "PZ Servis" MMC, ikincisi, qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunmuş "Azital İnşaat" MMC.
Deputatın müəssisəsinin rayon filiallarının rəhbərlərinin də adına olan şirkətlər var. Bunlar:
“Azəraqrartikinti”nin Saatlı filialının rəhbəri Bəybala Əkbərov həm də “Muğan LTD” MMC-nin təsisçisidir.
“Azəraqrartikinti”nin Neftçala filialının rəhbəri İmanqulu Əliyev eyni zamanda “Bərpaçı Dizayner” MMC nin rəhbəridir.
“Azəraqrartikinti”nin Bakı 3 sayı filalının rəhbəri Sabir Qaragözov daha 2 şirkətin təsisçisidir; "Qaragözova" MMC və "Tərəqqi-2008"MMC.
"Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Şəki yerli tikinti materiallari istehsali filialinın rəhbəri Nəsib Növbərov həm də "Şəki şirkəti" adlı başqa bir müəssisənin də təsisçisidir.
Mediaya istinadən verdiyimiz məlumatda bildirir ki, "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyəti həmçinin bir sıra layihələrin icrasını aşağıdakı şirkətlərlə müştərək şirkətlər quraraq həyata keçirib.
İtaliyanın "Eleca", "İmpronta", Fransanın OTV şirkəti, Türkiyənin "Metabronz", “Turan Xəzinədarlığı”, PİM PROJE, “ŞUKO”, “QRANİTAS” şirkətləri, Rusiyanın "Foton" firması ilə, Almaniyanın "Rayzinq", PERİ, “VİRTGEN” şirkətləri bu siyahıdadır.
Yəqin ki, bunlar hamısı deyil. Amma Azərbaycan hökuməti şəffaflıq və demokratiya prinsiplərinə zidd gedərək, məmurların və AR Konstitusiyasına əsasən bizneslə məşğul olması qadağan olunmuş şəxslərin əməllərini ört-basdır etmək məqsədilə Vergilər Nazirliyinin bazasını bağladığı üçün daha geniş məlumatlar əldə edə bilmirik.
Halbuki birbaşa və ya ona məxsus törəmə, eləcə də asılı təsərrüfat cəmiyyətləri ilə birlikdə ümumi bazarda payı 35 faizdən çox olan təsərrüfat subyektləri bazarda hökmran mövqe tutan sayılırlar. Dövlətdən aldığı lisenziyalar, sifarişlər, idxal kvotaları vasitəsi ilə bazara əhəmiyyətli təsir göstərə bilən təsərrüfat subyektləri də inhisarçı hesab edilirlər.
Belə şirkətlərin mallarının və xidmətlərinin təklif edilməsi şərtlərinə, onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid bilgilər şəffaf olmalıdır.
Azərbaycan Dövlət Neft Fondu, Əhalinin Sosial Müdafiəsi Fondu və s. kimi tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, eyni zamanda “Azərsutikinti”, “Azəraqrartikinti”, “Kapitalbank”, Azərbaycan Beynəlxalq Bankı, “Azərsığorta” və s. kimi dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair bilgiləri hər kəsin əli çatacağı veb-resurslara yerləşdirməlidirlər.

Fia.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Absherondan, verib, Veliyev, Mahmudov, neler, Kristal, chetesine, Agalar, Deputat
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ