yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

2 nazirlik və bir komitə biləşdirilir: 2 məmurun kreslosu boşalacaq

2 nazirlik və bir komitə biləşdirilir: 2 məmurun kreslosu boşalacaq
30-01-2018, 15:33 599 dəfə baxılıb

Nazirliklərin birləşdirilməsi, paralel strukturların, xüsusilə də heç bir fəaliyyəti ilə yadda qalmayan komitələrin ləğv olunması 2016-cı ildən gündəmə gəlsə də, görünən odur ki, hökumət prosesə bu ildən start vermək niyyətindədir.
Son günlər , xüsusilə Vergilər Nazirliyində aparılan ciddi kadr islahatlarından sonra bu məsələ yenidən aktuallıq qazanıb. Belə ki, Vergilər Nazirliyində aparılan kadr dəyişikliyindən və Fazil Məmmədovun istefaya göndərilərək yerinə sabiq təhsil naziri Mikayıl Cabbarovun təyin olunmasından sonra qurumun ümumi strukturunda müəyyən dəyişikliklər olacağı deyilir. İlkin versiyalara görə, Dövlət Gömrük Komitəsi ilə Vergilər Nazirliyi birləşdiriləcək.

Məlumatlara görə, birləşməyə daha bir qurumun adı əlavə oluna bilər. Belə ki, sözügedən islahat Maliyyə Nazirliyindən də yan keçməyəcək.

Qeyd edək ki, son günlər Maliyyə Nazirliyi haqqında müxtəlif informasiyalar səslənir və qurumun fəaliyyətindəki nöqsanlar daha qabarıq şəkildə təqdim olunur. Eynilə bir müddət öncədən Gömrük Komitəsində də eyni vəziyyət müşahidə olunur. Məlumatlara görə, hökumət bu üç qurumu- Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və Gömrük Komitəsini bir qurumda birləşdirəcək və üç qurum bir nazirlik kimi fəaliyyət göstərəcək.
Ekspertlər hesab edir ki, bu, həm də idarəetmənin optimallaşdırılmasında mühüm rol oynayacaq. Nəzərə almaq lazımdır ki, bu gün adıçəkilən qurumlarla yanaşı bir çox dövlət müəssisələrində ciddi problemlər mövcuddur. Şişirdilmiş kadr potensialı, bilərəkdən əlavə ştat yerlərinin açılması və s. məqamlar idarəetmənin optimallaşdırılmasını zəruri edir. Ekspertlər hesab edir ki, hökumət cari ildən bu problemi həll etməyə çalışacaq. Xüsusilə əhalinin narazılığına səbəb olan qurumlarla bağlı ciddi qərarlar veriləcək.
Ekspertlərin fikrincə, adıçəkilən bu üç qurumun birləşdirilməsi xüsusilə gömrük sahəsində olan problemləri aradan qaldıracaq. Çünki bu gün əhalinin böyük hissəsi məhz bu Komitənin göstərdiyi xidmətdən narazıdır.
Digər tərəfdən son günlər Maliyyə Nazirliyi haqqında da müxtəlif iddialar səslənər. Təqaüdlərin, veteran pullarının və digər sosial təminat üçün nəzərdə tutulan vəsaitlərin ödənilməsində yaradılan problemlər həm də maliyyə naziri Samir Şərifovun “ayağına yazılır”. Belə ki, təqaüdlərin gecikdirilməsinin iki nazirlik- Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi arasında yaşanan gərginlikdən qaynaqlandığı iddialar arasındadır. Bu baxımdan ekspertlər də məhz Maliyyə, Vergilər Nazirliyi və Gömrük Komitəsinin bir qurumun tərkibində birləşəcəyini istisna etmirlər.

Cebhe.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ve, bileshdirilir, komite, 2, boshalacaq, nazirlik, memurun, bir, kreslosu, 2
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

sunay1ramazanova@gmail.com


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ