yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Əhəd Abıyev prezidentə Kərəm Həsənovdan şikayət etdi

Əhəd Abıyev prezidentə Kərəm Həsənovdan şikayət etdi
30-01-2018, 13:03 439 dəfə baxılıb

Daşkəsən Filiz Saflaşdırma” ASC-nin özəlləşdirlməsinə süni maneələr yaradılır.

Bunu Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans çərçivəsində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.

Onun fikrincə, həmin müəssisəinin özəlləşdirilməsi ilə bağlı ölkə prezidentinin tapşırığı yerinə yetirilmir: “Cənab prezidentin göstərişinə baxmayaraq bu müəssisənin özəlləşdirilməsi yubadılır. Bir neçə dəfə hərrac keçirilsə də, hansısa səbəblərdən özəlləşdirmə baş tutmadı”.

İcra başçısı tədbirdə iştirak edən iqtisadiyyat naziri Şahin Mustafayevdən məsələnin sürətləndirilməsini xahiş edib. Nazir isə deyib ki, “Daşkəsən Filiz Saflaşdırma”nın özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) səlahiyyətindədir.
Xatırladaq ki, “Daşkəsən Filizsaflaşdırma” ASC-də sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında Prezident İlham Əliyevin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə müəssisə özəlləşdirilmək məqsədi ilə ƏMDK-nın balansına verilib.

“Report”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: etdi, Ehed, shikayet, Hesenovdan, Abiyev, prezidente, Kerem
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ