SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Prezident İlham Əliyev “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyev “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Tarix:

18-02-2017, 15:42

/ 1 805 dəfə oxundu.
Prezident İlham Əliyev “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev fevralın 18-də Münhendə “Leonardo” şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti ilə görüşüb.

Przidentin mətbuat xidmətinə istinadən verdiyimiz xəbərə görə, Mauro Moretti Azərbaycanda olduğunu, Bakının gözəlliyinə heyran qaldığını bildirib. Ölkəmizdə gedən inkişaf proseslərini və qazanılan nailiyyətləri yaxından izlədiyini deyən baş icraçı direktor şirkətin Azərbaycanda müxtəlif strukturlarla, o cümlədən SOCAR ilə əlaqələrindən danışıb, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib.

Söhbət zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər

XƏBƏR LENTİ