yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bakıda partlayış baş verən binanı Ziya Məmmədov tikib - Qaranlıq məqamlar

Bakıda partlayış baş verən binanı Ziya Məmmədov tikib - Qaranlıq məqamlar
29-01-2018, 11:09 138 dəfə baxılıb

Dünən səhər saatlarında Bakının Nəsimi rayonu Dilarə Əliyeva küçəsində 18-də partlayışın baş verdiyi çoxmərtəbəli yaşayış binası ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Xalqxeber.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin binanın bir neçə il öncə "ZQAN Holdinq” tərəfindən tikildiyi məlum olub.

Bildirək ki, bu şirkət 2013-cü ildən sonra adını dəyişərək "Garant Holding” olub.
Qeyd edək ki, partlayışa səbəb kimi qaz sızması göstərilsə də, həmin binada əslində qaz olmayıb.
Belə ki, bir neçə gün öncə "Azərsu” ASC-nin əməkdaşlarının bina sakinlərinin müraciəti əsasında su xəttində yaranmış problemin aradan qaldırılması üçün bina yaxınlığında qazıntı aparıblar. Lakin, qazıntı zamanı su xəttinin yanında keçən qaz xətti zədələnib. Bu səbəbdən də ərazidə qaz sızması baş verib və partlayışa səbəb olub.
Hadisənin səhər saatlarında baş verməsi böyük bir faciənin qarşısını alıb. Belə ki, həmin binanın 3-cü mərtəbəsində kurs yerləşir. 10-11 radələrində partlayış baş versəydi, həmin vaxt kursda 60-70 şagird zərər çəkə bilərdi.
Partlayış nəticəsində binaya, binada fəaliyyət göstərən "Ofisait” mağazasına və kursa ümumilikdə 3-4 milyon manat ziyan dəydiyi ehtimal edilir.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, yanğınla nəticələnən partlayışda mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: binani, Qaranliq, Memmedov, Bakida, partlayish, veren, tikib, bash, , Ziya, meqamlar
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ