yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bir "qala"nın sirri: Heydər Əliyev Cavid Qurbanovu işdən qovubmuş, amma o hələ də...

Bir
26-01-2018, 11:33 282 dəfə baxılıb

Mövcud hakimiyyətinin önəmli ismlərindən biri də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanovdur. Bu il 60 yaşına qədəm qoyan Cavid Qurbanov söz-sənət ocağında dünyaya göz açıb. Babası Ağdabanlı şair Qurban həm də Aşıq Şəmkirin atasıdır. Bu cür ziyalı bir ailədə dünyaya gələn Cavid Qurbanov kimi insanların hakimiyyətdə təmsil olunması ilk baxışdan xeyli sevindiricidir. Ona görə “ilk baxışdan” deyirik ki, söz ocağının yetirməsi olan Cavid müəllim də, sən demə, digər “iri məmurlar” kimi ağ süddən çıxmış qaşıq deyilmiş. Hər halda bu gün informasiya vasitələrini bəzəyən xəbərlərdən belə çıxır.
Çox şərhə ehtiyac duymadan RealMedia.az saytının Cavid Qurbanov barədə bu gün dərc etdiyi bir yazını kiçik ixtisarla Ovqat.com oxucularına təqdim edirik:

“1995-ci ildə prezident Heydər Əliyevin, “işində yol verdiyi nöqsanlara və vəzifəsindən sui-istifadə etdiyinə görə” istinad edilmiş fərmanı ilə “Azəravtoyol” DŞ-nin sədri vəzifəsindən azad edildikdən sonra barəsində cinayət işi başlanılmaqla, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən axtarış elan edildi. Bir müddət RF-də gizləndikdən sonra, həmin vaxt Baş Prokuror işləyən Eldar Həsənova edilən, əslən Kəlbəcər rayonundan olan bir neçə nüfuzlu şəxslərin xahişi nəzərə alınaraq, axtarış götürüldü. Bundan sonra ölkəyə geri qayıdan Cavid Qurbanov bir müddət işsiz qalır və sonradan Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin tabeçiliyindəki tikinti trestlərindən birinə müdir vəzifəsinə təyin edilir.
Dəmir yolu relslərinin və şpalların yenilənməsi adı altında faktiki olaraq dəyişilməyən avadanlıqlar dəyişibmiş kimi sənədləşdirilməklə külli miqdarda vəsaitlər silinir. RF-də fəaliyyət göstərən və həmin vaxt qeydiyyatı ləğv edilmiş “Cİ-AYMARKET” MMC-nin direktoru Elyar Dəmirovun vasitəsi ilə “Sigma & co” firması ilə 14 milyon manatlıq maliyyə əməliyyatı edilir və sonuncu MMC-nin direktoru Eldar Məmmədova çatacaq “pay” ünvana çatdırılmır.

Həmin 14 milyon manat vəsait Cavid Qurbanov və əhatəsində bu işi görmüş şəxslər arsında bölünərək, Eldar Məmmədova heç 1 qəpik də verilmir. (24saat.org)”

Maraqlıdır ki, RealMedia.az saytının bu gün 24saat.org-a istinadən verdiyi bu xəbər Cavid Qurbanov barədə qələmə alınan ilk ifşaedici material da deyil. Bundan bir neçə il öncə bir çox saytlar da bənzər məlumatları yayırdılar. Amma Cavid Qurbanov bütün bu ifşaedici materiallara baxmayaraq, hələ də hakimiyyətin ən aparıcı fiquru olmaq səlahiyyətini qoruya bilib.

Baxmayaraq ki, Xural.com-un 2 İYUL 2013-cü il tarixində dərc etdiyi “Heydər Əliyev Cavid Qurbanovu işdən qovubmuş… – FOTOFAKTLAR” sərlövhəli yazısında mərhum Prezident Heydər Əliyevin C.Qurbanovun işdən qovalanması barədə imzaladığı fərmanın rəsmini belə ictimailəşdirmişdi. Həmin yazını da kiçik ixtisarla təqdim edirik:

“Azəryolservis”ASC-nin sədri, deputat Cavid Qurbanov haqqında məqalə dərc edib. Məqalə mərhum prezident H.Əliyevin C.Qurbanov haqqında verdiyi fərmanla maraq doğurur. Fərmanda deyilir ki, Cavid Qurbanov işdə buraxdığı ciddi nöqsanlara və vəzifəsindən sui istifadə etdiyinə görə, “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin.
H.Əliyev tərəfindən verilən bu fərman 1994-cü il noyabrın 25-də imzalanıb. Azərbaycanın müxtəlif hissələrində çəkilən yolların keyfiyyətsizliyi haqqında dəfələrlə yazmışıq. Bunun səbəblərini araşdırmağa çalışmışıq. Bu barədə məlumat almaq baxımından TİA-da dərc olunan məqalənin bəzi hissələrini Oxucularımıza təqdim edirik:
Nəzərə çatdırırdıq ki, “Azəryolservis”ASC-nin sədri, deputat Cavid Qurbanovun ölkənin ən iri məmur-oliqarxlarından birinə çevrilməsi üçün keçdiyi yolun özü müəmmalıdır.
Məsələ ondadır ki, 1994-cü ildə Heydər Əliyev Cavid Qurbanovu vəzifədən qovmuşdu. Onun işdən çıxarılması ilə bağlı sərəncamda Qurbanovun vəzifə səhlənlkarlığına, özbaşınalıqlara, ciddi nöqsanlara yol verdiyi əks olunur.
Çoxları buna inanmırdı. Həmin fərman isə yazıdakı fotoda öz əksini tapıb. Fərman niyə icra olunmadı, deyə bilmərik. Yalnız onu deyə bilərik ki, onun günəşi kimlərinsə sayəsində 2002-ci ildən sonra yenidən parlamağa başladı.

Bu gün o, yenə də öz işindədir.

Öncələrdə qeyd etmişdik ki, hazırda Yeni Azərbaycan Partiyasının əsas simalarından biri kimi təqdim olunan, iri kapital sahibi Cavid Qurbanov mərhum prezident Heydər Əliyev dönəmində də post sahibi ola bilmişdi. O, 1993-94-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinə prezident idi. Həmin vaxt işinin “peşəkarı” olan C.Qurbanov nə qədər kənarda dayanıb sərvət sahibinə çevrilmək istəsə də, onun fəaliyyəti ilə bağlı lazımi dairələrə məlumatlar çatdırılır. Bu o zamana qədər davam edir ki, sonda məsələ prezident Heydər Əliyevə çatır. Cavid Qurbanov bir günün içində prezidentin əmri ilə tutduğu vəzifədən kənarlaşdırılır.
… Bir muddət Rusiyada müxtəlif bizneslərlə məşğul olan Cavid Qurbanov keçmiş baş prokuror Eldar Həsənovun sıradan çıxacağı anı gözləyirdi. Bir zamanlar baş prokurorun imkanlarından bəhrələnən Cavid Qurbanovla Eldar Həsənov sonralar ciddi qarşıdurmaya getmişdilər və Cavid Qurbanovun Heydər Əliyev tərəfindən kənarlaşdırılmasının ən yaxşı məqamlarını yəqin ki, Eldar Həsənov bir zaman açıqlayacaq…
Cavid Qurbanov tutduğu vəzifədə yerini möhkəmlətmək üçün yeni-yeni əlaqələr qurmağa başladı. O, Nazim İbrahimov, Ziya Məmmədovun vasitəsi ilə öz yerini bərkidib və bu gün Ziya Məmmədovla əlbir dövlət büdcəsinə əl qoyub.
Cavid Qurbanov yol çəkilişlərinə nəzarətin böyük bir hissəsini əlində cəmləşdirə bilməsini hətta nəqliyyat naziri özü də qəbul edə bilmir, onun müəyyən imkanlarını məhdudlaşdırmağa çalışır. Faktiki olaraq ölkənin ən önəmli məmurları dövlətçiliyə, ilham Əliyev siyasətinə xidmət etmək əvəzinə pul davası aparırlar.
Lakin Cavid Qurbanov yol çəkilişi sistemini öz əlinə keçirdiyindən istədiyi mənimsəmələri edə bilir. Məsələn, hansısa ərazidə yol çəkmək üçün rəsmi şəkildə tender elan olunur. Tenderdə iştirak edən firmalar təkliflərini göndərir. ilkin seçimdən, məsələn, 4 şirkət keçir. (Məlum olur ki, bu şirkətlərin hər birinin sahibi özgə adamdır. Amma hamısının yaxalığında Cavid Qurbanova sədaqət andı var. Hətta bəziləri iddia edir ki, bu şirkətlərin əsl sahibi elə Cavid Qurbanovun özüdür. Bunu yəqin ki, sübut etmək çətin deyil. Hüquq mühafizə orqanları kiçik istintaq aparsalar, bu sübut oluna bilər. Beləliklə, tenderdən keçən şirkətlər arasında iş başlayır və qaliblər yol çəkilişini həyata keçirirlər. Hər yerdə olduğu kimi burda da “şapka” əməliyyatının hansı formada həyata keçirildiyini bilmədiyimizdən kimin nə qədər elə bu ərəfədə qazandığını demək çətindir. Amma bildiyimiz budur ki, Cavid Qurbanovun rəhbərliyi ilə yol çəkilişi başlayır. Ən sürətli başlayan isə mənimsəmələr olur. Yeni texnikanın alınması, materialların alınması, işçilərin pullarının silinrnəsi və sair metodlarla ayrılan vəsaitin yarıdan çoxu mənimsənilir.
Mənimsəmələr bununla bitmir. Daha sohra başlanır yolların yenidən təmiri, bərpası, yamanması. Bu prosesin gedişində də milyonlarla vəsait yox edilir.
Son vaxtlar C.Qurbanov işinı bir az da ehtiyatlı tutmağa başlayıb. Belə ki, yol çəkilişi və digər bu kimi təmir-bərpa işləri “Azərinşaatservis” MMC ilə birgə aparılır. Məsələnin mahiyyəti isə tamamilə müəmmalıdır. Bu şirkət de-fakto Ziya Məmmədova aiddir. Lakin diqqəti yayındırmaq və mənimsəmələri pərdələmək üçün “Azərinşaatservis” MMC-yə milliyətcə kürd olan Türkiyə vətəndaşı Bülənt Karani rəhbərlik edir. Onun başqa ölkənin vətəndaşı olaraq hansı hüquqla Azərbaycanda böyük bir şirkətə rəhbər vəzifəyə təyin olunması da müəmmalıdır. Bildirilir ki, sözügedən şirkət 2003-cü ildə iki yerli şirkət tərəfindən təsis edilib. Lakin maraqlıdır ki, təsisçi şirkətlərin adına heç yerdə rast gəlinmir və bu barədə ictimaiyyətə açıqlama verilmir. Şirkətin internet saytında yazılanlardan da görünür ki, “Azərinşaatsevis” MMC əsasən avtomobil və dəmir yollarının tikintisi istiqamətində fəaliyyət göstərir və monopolist şirkətdir.
84,3 km-lik Hacıqabul-Kürdəmir avtomobil yolu və Ələt-Astara avtomobil yolunun 22 km (80-102 km) hissəsinin tikintisini “Bakı dairəvi şose yolu”nun tikintisi layihəsini də bu şirkət həyata keçirir. Bununla yanaşı, Ələt-Masallı avtomobil yolunun 0-9 km hissəsinin yenidənqurulması, Yevlax-Gəncə Avtomobil yolunun 4 hərəkət zolağına genişləndirilməsi, Axalkalaki-Kartsaxi (Türkiyə sərhəddi) dəmiryolu nun tikintisi layihələri də sözügedər şirkətə həvalə olunub.
Ən əsası isə odur ki, “Azərinşaatservis” dövlət təminatı ilə alınan xarici kreditləri və büdcə pullarını göyə sovurmaqla məşğuldur. Bu şirkət tender elan edir, tenderlərin hamısını kağız üzərində “Polat” şirkəti udur, lakin bütün işlər “Azərinşaatservis”ə verilir. Burada mənimsənilən məbləğlər də Ziya Məmmədovla Cavid Qurbanov arasında bölüşdürülür. Bu pulların hesabına da onlar Azərbaycanın ən iri oliqarxlarına çevriliblər”.

Qaynaq: (http://www.xural.com/heydər-əliyev-cavid-qurbanovu-isdən-qovubmus-fotofaktlar/)

“TİA.az"
Bir "qala"nın sirri: Heydər Əliyev Cavid Qurbanovu işdən qovubmuş, amma o hələ də...
Bir "qala"nın sirri: Heydər Əliyev Cavid Qurbanovu işdən qovubmuş, amma o hələ də...


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Qurbanovu, o, Eliyev, Bir, qalanin, amma, ishden, Heyder, de, qovubmush, sirri, hele, Cavid
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ