yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bakı Baş Gömrük İdarəsində qəfil yoxlama: General həbs olunur…

Bakı Baş Gömrük İdarəsində qəfil yoxlama: General həbs olunur…
25-01-2018, 10:03 369 dəfə baxılıb

Ötən həftənin ortalarında Bakı Baş Gömrük İdarəsində ciddi gərginlik yaşanıb.

Bu barədə azpolitika.info saytı məlumat yayıb. Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanları(?) idarədə qəfil araşdırma aparıb, ilkin məlumata görə gömrük əməkdaşlarından 6 nəfəri sorğu-suala çəkilib, bəzi sənədlər götürülüb: “Həbs olunanların olub-olmadığı haqda məlumat verilmir”.

Saytın məlumatına görə, elə həmin gün idarənin əməkdaşlarından biri – 58 yaşlı Zaur Eyyubov ürəktutmasından iş yerində vəfat edib.

Bu istiqamətdə apardığımız araşdırmalar nəticəsində məlum olub ki, Bakı Baş Gömrük İdarəsində həyata keçirilən qəfil yoxlamanın səbəbi ölkəyə qaçaqmal yoluyla ( gömrük rəsmiləşdirilməsi həyata keçirilmədən) böyük həcmdə məhsulların gətirilməsi ilə bağlı olub. Qaçaqmal yoluyla gətirilən məhsullarının arxasında gömrük generallarından birinin dayandığı bildirilir. Hüquq-mühafizə orqanları məhz bu səbəbdən hərəkətə keçib. Və ölkədə iqtisadi sabotaj yaradan qruplaşma cəzalandırılıb. Ölkəyə qanunsuz daxil olan həmin məhsulların böyük hissəsi xaricdə istehsal olunan siqaretlər olub. Artıq yerli bazarda sözügedən siqaretlər (“Kinq” “Continent”, “Milano”, “Mond”, “Cavollo” və s.) kifayət qədər çox satılır. Yerli məhsullardan ucuz və keyfiyyətli olması sözügedən siqaretlərə böyük tələbat yaradıb.

Qeyd edək ki, hazırda Azərbaycanda əsas siqaret istehsalçısı “European Tobacco Baku”dur. Şirkət siqaret istehsalı ilə yanaşı həm də xarici siqaretlərin ölkəyə gətirilməsi ilə məşğuldur. Məlumata görə, “European Tobacco Baku”nun təsisçiləri dəyişdikdən sonra gömrük generallarından biri siqaret bazarında sabotaja başlayıbmış…

Məlumatda həmçinin deyilir ki, yaxın zamanlarda Dövlət Gömrük Komitəsində həbslər ola bilər.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Baki, qefil, Gomruk, General, olunur, hebs, daresinde, Bash, yoxlama
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ