yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Dövlət Təhlükəsizliyi Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Dövlət Təhlükəsizliyi Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
19-01-2018, 17:23 442 dəfə baxılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Xidmətin əməkdaşları və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən məlumat verir.

Xidmətin şəxsi heyəti adından "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyulmuşdur.

DTX-nin akt zalında davam edən anım tədbiri şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Dövlət himni səsləndirilib.

Tədbirin sonunda Azərbaycanın qəhrəman övladlarının şücaət və igidlik nümunələrindən bəhs edən sənədli film nümayiş olunub.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qurbanlarinin, Yanvar, faciesi, 20, xatiresi, Xidmetinde, Dovlet, Tehlukesizliyi, anilib
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ