yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Akif Çovdarov öldürülməkdən qorxur - İDDİA

Akif Çovdarov öldürülməkdən qorxur - İDDİA
12-01-2018, 12:01 140 dəfə baxılıb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi, hazırda həbsdə olan Akif Çovdarov müəmmalı şəkildə həyatla vidalaşmaqdan qorxur. Əldə etdiyimiz məlumatlara görə, o, saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında son dərəcə ehtiyatlı davranış sərgiləyir. Kimsəylə əl verib görüşmür, ünsiyyətdən belə qaçır. İddiaya görə, Akif Çovdarov zəhərlənməkdən çəkinir. Onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsinə etiraz etməsi də bununla bağlı olub.

Yada salaq ki, bir müddət əvvəl A.Çovdarovun vəkili Sadiq Rəsulov müvəkkilinin səhhəti ilə bağlı bildirmişdi ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində A.Çovdarovu müalicə edə biləcək həkim yoxdur və təqsirləndirilən şəxs müalicə müəssisəsinə köçürülməkdən imtina edib. Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əhməd Abasbəyli isə vəkilin fikirlərinə münasibət bildirərkən müalicə müəssisəsinin son illərdə müasir tibbi avadanlıqlarla təchiz edildiyini açıqlamışdı.

Sitat: “Müalicə müəssisəsində peşəkar mütəxəssislər çalışır, məhbuslara yüksək səviyyədə tibbi xidmət göstərilir. Akif Çovdarov özü orada müalicə almaq istəmirsə, onu Penitensiar Xidmət rəhbərliyi müalicəyə məcbur edə bilməz. Akif Çovdarov həmin müəssisədə yox, başqa müəssisədə müalicə almaq istəyir. Amma bu onu deməyə əsas vermir ki, müalicə müəssisəsində şərait yoxdur, xidmət səviyyəsi aşağıdır”.

Müalicə müəssisəsində peşəkar mütəxəssislər çalışırsa, bunu Akif Çovdarov bilməmiş deyil. Belə bir halda Eldar Mahmudovun “vuran əli” olmuş Akif Çovdarovun barəsində yayılan iddialar daha inandırıcı görünür. Yada salaq ki, Akif Çovdarovun eyni aqibəti bölüşmək istəmədiyi İlqar Əliyev və Hacı Məmmədov təcridxanada müəmmalı şəkildə dünyalarını dəyişib.

İlqar Əliyev Eldar Mahmudov vəzifəsindən çıxarılandan dərhal sonra - 2015-ci il oktyabrın 17-də həbs edilmişdi. Az bir vaxtda İ.Əliyevə ittiham elan edib, onu Bakı İstintaq Təcridxanasına (BİT) göndərmişdilər. İ.Əliyev BİT-də 2 aya yaxın qaldı. 2015-ci il dekabrın 20-də onun meyitini kəndirdən asılmış vəziyyətdə saxlanıldığı kamerada aşkar etdilər. Bu gün də onun ölümünün üzərində sirr pərdəsi qalmaqdadır...

Hacı Məmmədov da Eldar Mahmudovun şəxsi arestantı kimi 11 ilə yaxın qanunsuz olaraq MTN-də saxlanmışdı. Eldar Mahmudov nazir vəzifəsindən çıxarılandan sonra Hacı Məmmədov bəyanat verib “Qara Kəmər” işinin yenidən araşdırılmasını tələb etməyə başlamışdı. Vəkil tutub Ali Məhkəməyə müraciət etməklə işin yenidən araşdırılmasını tələb etmişdi. Həmin vaxt MTN-ə giriş-çıxış icazəsi olan hüquq müdafiəçisi Elçin Behbudova da müraciət edərək təcili şəkildə onunla görüşməsini istəmişdi. Belə bir vaxtda hüquq müdafiəçisi qəfil şəkildə dünyasını dəyişdi. Az sonra Hacı Məmmədovu Penitensiar Xidmətin vərəmli məhbuslar üçün nəzərdə tutulan müalicə müəssisəsinə köçürdülər. Ali Məhkəmə Hacı Məmmədovun müraciətini rədd etdi. 2017-ci il dekabrın 3-də isə onu müalicə müəssisəsindəki kamerasında asılmış vəziyyətdə aşkar etdilər. Sonradan isə gizli şəkildə dəfn etdilər.

Akif Çovdarovun MTN-də çalışdığı illərdə adı müxtəlif ölüm işlərində təşkilatçı və icraçı kimi hallanıb və onun “qəfil ölüm”lərin səbəbləri ilə bağlı məlumatlı olmadığını söyləmək çətindir. İlqar Əliyevin ölümündən sonra onun vəkili vasitəsilə açıqlaması da zamanında geniş rezonans doğurmuşdu. Vəkili Kamandar Nəsibov Akif Çovdarovun fikirilərini belə ifadə etmişdi.

Sitat: “Akif Çovdarov bizimlə görüşdü. Getdik rəisin yanına. Akif Çovdarov rəisə dedi ki, İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz, o biri təqsirləndirilən şəxs Orxan Osmanovu döyüb, yalandan ifadə almısınız. İlqarı necə döyüb, öldürüb, sonra asıblar, hamısı dəqiqdir. Akif də deyir ki, mən bunlara etiraz olaraq özümü aclıq edib öldürəcəyəm. Eldar Mahmudova qarşı İlqar Əliyevdən ifadə almaq istəyiblər. Orxan Osmanovdan isə Akif Çovdarova qarşı ifadə almaq istəyiblər”.

Bir müddət əvvəl isə Akif Çovdarovdan da Eldar Mahmudova qarşı ifadə alındığı, arestant generalın sabiq nazirin üzünə dayandığı haqda xəbərlər yayılmışdı.

Lakin az keçmədi ki, A.Çovdarov yenə də vəkili vasitəsilə deyilənlərə münasibət bildirdi.

Sitat: “Akif Çovdarov həbs altında olarkən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşməyib, onunla üzləşdirilməyib və xüsusən də əleyhinə heç bir ifadə verməyib”.

Vəkil bildirmişdi ki, onun müdafiə etdiyi şəxs barədə yayılan bu məlumat doğru deyil.

“Nə istintaq dövründə, nə məhkəmə prosesində Akif Çovdarov Eldar Mahmudovun əleyhinə heç bir ifadə verməyib. Prinsipcə o, Eldar Mahmudovun qanunazidd fəaliyyətləri barədə heç nə deyə bilməzdi, çünki bu barədə məlumata malik deyil”.

Bu açıqlamalar verildiyi günlərdə 2 illik gözləntilərdən sonra Eldar Mahmudov köməkçisi və qohumu olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilmişdi. V.Mahmudov hazırda həbsdədir, vəzifə səlahiyyətlərindən sui-istifadədə və mənimsəmədə ittiham edilir. E.Mahmudov 1 həftə ərzində ardıcıl istintaqa çağırılıb, bütün gün ərzində dindirilmişdi. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində saatlarla ifadə alırdılar. Sonradan isə Eldar Mahmudovun istintaqa çağırılması səngidi. Onu daha istintaqa çağırmırlar. Hazırda mətbuatda “MTN işi” adı almış işdə müşahidə edilən sükut İlqar Əliyevin ölümü ərəfəsində də vardı. Belə bir halda Akif Çovdarovun qorxuları real da ola bilər...

musavat.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qorxur, oldurulmekden, , DDA, Akif, Chovdarov
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ