yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Vüsal Novruzov yeni himayədar axtarışında – “FÖVQƏLNAZİR”Ə XƏYANƏT

Vüsal Novruzov yeni himayədar axtarışında – “FÖVQƏLNAZİR”Ə XƏYANƏT
9-01-2018, 13:31 188 dəfə baxılıb

Gömrük generalı Kəmaləddin Heydərovu qəzəbləndirib.
Son günlər Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun komandada təkləndiyi barədə iddialar irəli sürülür. Hətta sosial şəbəkələrdə belə məlumat yayılıb ki, Kəmaləddin Heydərov yaxın vaxtlarda tutduğu vəzifədən azad eilərək Rusiyaya səfir göndəriləcək. Bu qənaətin yaranması Kəmaləddin Heydərovun kadrı sayılan sabiq vergilər naziri Fazil Məmmədovun qəfil işdən çıxarılması, onun hansısa maliyyə maxinasiyalarında ittiham edilməsi və Fövqəladə Hallar nazirinin təsir dairəsinə daxil olan Dövlət Gömrük Komitəsinin ləğv ediləcəyi barədə mülahizələrlə bağlı ola bilər.İtkin düşən alpinistlərin axtarışı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yarıtmaz fəaliyyəti barədə məlumatların yayılması da Kəmaləddin Heydərovun hədəfdə olması barədə ehtimalları gücləndirir.
Bu iddia və mülahizələr Kəmaləddin Heydərovun komandasında da həyəcana səbəb olub. Bildirilir ki, Fövqəladə Hallar nazirinə yaxınlığı ilə seçilən və onun himayədarlığı altında karyera qazanan bəzi məmurlar artıq yeni “patronlar” axtarışındadır. Bu sırada xüsusilə Bakı Baş Gömrük idarəsinin rəisi Vüsal Novruzovun adı çəkilir.
Vüsal Novruzov uzun müddətdir gömrük sistemində çalışır. Onun Bakı Baş Gömrük İdarəsinin rəisi kimi mühüm post tutması Kəmaləddin Heydərovun dəstəyi ilə baş verdiyi deyilir. Bu günə qədər də vəzifədə qalması da bu amillə izah edilir. Lakin indi Vüsal Novruzovun Kəmaləddin Heydərovdan uzaqlaşmaq niyyətində olduğu barədə iddialar var.
Bildirilir ki, Fövqəladə Hallar nazirinin hədəfə gəlməsi barədə məlumatlar Vüsal Novruzovu təşvişə salıb və o, karyerasını qorumaq üçün çıxış yolu kimi Fövqəladə Hallar nazirinin təsir dairəsindən çıxmağı düşünür.
İddialara görə, bundan xəbər tutan Kəmaləddin Heydərov qəzəblənib. Əgər Fövqəladə Hallar nazirinin hədəfə gəldiyi barədə iddialar doğru deyilsə, yaxud o, vəziyyətdən çıxmağı, əvvəlki nüfuzunu qorumağı bacaraqsa, o zaman Vüsal Novruzov üçün çətin günlərin başlanacağını söyləmək olar.

Az24saat.org


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Vusal, axtarishinda, FOVQELNAZRE, XEYANET, himayedar, yeni, Novruzov
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ