SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Fazil Məmmədov vəzifəyə gedir - Milyonluq mülklərinə nəzarət edə biləcək

Fazil Məmmədov vəzifəyə gedir - Milyonluq mülklərinə nəzarət edə biləcək

Tarix:

7-01-2018, 13:05

/ 1 631 dəfə oxundu.
Fazil Məmmədov vəzifəyə gedir - Milyonluq mülklərinə nəzarət edə biləcək

Bir müddət əvvəl prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri vəzifəsindən çıxarılan Fazil Məmmədov səfir təyin oluna bilər.

BakuPost.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri olan keçmiş nazir bunun üçün bütün əlaqələrini işə salıb. İddia olunur ki, hətta F. Məmmədovun səfir təyin olunması üçün razılıq əldə olunub və bu post məhz bu səbəbdən boşaldılıb və hələ ki təyinat yoxdur.

Məlumata görə, keçmiş vergilər naziri Litvada, Vilnüs şəhərində "Holiday inn” və "EK Hotel” kimi tanınan məşhur otellərə, başqa daşınmaz əmlak və restoranlara sahibdir. O, həmin mülklərini əlində saxlamaq və onlara yaxından nəzarət etmək üçün diplomatik karyeradan faydalanmağa çalışır.

Xatırladaq ki, Həsən Dilsuz oğlu Məmmədzadə dekabrın 8-də Azərbaycan Respublikasının Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb və Tacikistan Respublikasına səfir təyin edilib.

Şərhlər

XƏBƏR LENTİ