yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Eldar Əzizov “Torqovı”nı bu restoranlara satıb - VİDEO

Eldar Əzizov “Torqovı”nı bu restoranlara satıb - VİDEO
4-01-2018, 16:29 241 dəfə baxılıb

Bakının bircə satılmayan mərkəzi qalmışdı, onu da artıq peşkəş ediblər. Eldar Əzizov Səbayel rayonuna icra hakimi gələndən şəhərin Fəvvarələr meydanı, Nizami küçəsi, Rəsulzadə küçəsi, “Malakan” bağının ətrafı, Natəvan heykəlinin yan-yörəsi qarış-qarış restoranlar tərəfindən zəbt olunub.

“Kofe house”, “Mado”…

AzEuroNews.com-un reportyoru ümumilikdə “Torqovı” adlanan mərkəzi meydanın səkilərinin, yollarının necə işğal olunmasını araşdırıb.
Belə məlum olub ki, E.Əzizov piyadaların keçdiyi səkiləri restoranlara qurban verib. Getdikcə darısqallaşan şəhərin mərkəzində hər restoran piyada yolunu bağlayıb, stol-stul qoyub.
Natəvan heykəli yaxınlığında “Kofe house” restoranı köhnə pasajın yerində, piyadalar üçün nəzərdə tutulan keçiddə “Mado” yolu bağlayıb.
Eyni adlı restoran “Malakan” bağı yanında da vətəndaşların hərəkət etdiyini səkini alıb. Habelə “Buona sera” və “Central Baku” kimi restoranlar da Nizami küçəsində səkiləri zəbt edib.
Söhbətləşdiyimiz şəhər sakinləri deyirlər ki, Bakının mərkəzi əvvəllər çox geniş idi. Amma sonra Fəvvarələr meydanında piyada yolunu “Pizza inn” ələ keçirdi, rəssamların, kitab satanların toplaşdığı pasajı ləğv edib “Mado”ya verdilər.
“Avropanın, Amerikanın, heç qonşu ölkələrin mərkəzlərində belə özbaşınalıq yoxdur. Avropada yayda restoranların açıq havada stol-stul qoyub fəaliyyət göstərməsi halları var. Amma bu, vətəndaşların gəzməyinə mane olmur.
Bura Azərbaycandır da, sabah Milli Məclisi köçürüb yerində restoran tiksələr təəccüblənmərəm”,-deyə bakılı Vüqar Tağıyev belə deyir.

► “Hacıbala razılıq verib, o da peşkəş edib”

Şəhər sakinlərindən Vahid Həsənovun sözlərinə görə, “Torqovı”dan bulvara keçidə qədər yolların sağ-solu restoranlar tərəfindən qapadılıb: “Mən bu məsələ il maraqlanmışam.
Bir tanışım var, “Baksovetdə işləyir. Deyir ki, bu yerləri satmağa Hacıbala Abutalıbov razılıq alıb, Eldar Əzizov da ucdantutma “Torqovı”nı restoranlara verir.
Yəni, işğal olunan səkilərə görə ağlasığmaz dərəcədə pullar alınıb. Bu barədə nə sərəncam var, nə qərar. Sadəcə, özbaşınalıqdır. Həmin restoran bağlananda səkini başqasına satacaqlar”.
Qeyd edək ki, bir müddət əvvəl hüquqşünas Aslan İsmayılov da bu problemi gündəmə gətirmişdi. Tanınmış vəkil video çıxışında satılan səkiləri göstərmişdi.
Videodan görünür ki, daha çox şəhərimizin qonaqlarının üz tutduğu həmin küçədə vəziyyət həqiqətən acınacaqlıdır.
Enli küçələr, binaların keçidləri işbazlar tərəfindən zəbt olunub və bununla da vətandaşların və şəhərimizin qonaqlarının rahatlığı pozulub. Həmin kadrları təqdim edirik:


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: VDEO, satib, Torqovini, Ezizov, , bu, restoranlara, Eldar
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ