yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Generallar Əbülfəz Məlikovu prezident seçirlər – Şok faktlar

Generallar Əbülfəz Məlikovu prezident seçirlər – Şok faktlar
27-12-2017, 10:00 327 dəfə baxılıb

“Dövlət başçısının fərmanlarını qulaqardı edən gömrükçülər “Broker”in qazandırdığı milyonlardan imtina edə bilmirlər ”
“MTN çetesinin əməllərini təkrarlayan “Broker” MMC rəhbərinin odioz fəaliyyəti dövlətə 10 milyard ziyan vurub “
Bu qədər tənqidlərdən, yazılardan, faktlardan sonra məlum olur ki, Dövlət Gömrük Komitəsi nə prezidenti sayır, nə xalqın vəziyyətini nəzərə alır, nə də inhisar siyasətində dəyişikliyə getmək fikrindədir. “Gündəm Xəbər”ə verilən məlumata görə, gömrük rəhbərliyi və generallar növbəti “barıt çəlləyi” hazırlayıblar.

Gömrükdəki “çəllək”

Bu “çəllək” MTN çetesindəki odioz generalların sahibkarlara qarşı xuliqan əməllərinin təkrarlanmasından başqa bir şey deyilmiş. Əks təqdirdə, gömrük generalları sərhədlərin baş yolkəsəni, gizli monopolist “Broker” MMC rəhbəri Əbülfəz Məlikovu qorumazdı. Bütün faktlar, ifşaedici materiallar tirajlanır və gömrük generalları prezidentə qarşı gedərək Ə.Məlikovu mühafizə edirlər. Çünki baş monopolist onlara lazımdır və onlara xidmət edir. Odur ki, Ə.Məlikovun iş adamlarının “dərisinə saman təpib” qazandırdığı milyonlardan gömrük generalları imtina edə bilmirlər. Onlar prezidentin fərmanlarını, tapşırıqlarını qulaqardı edərək Ə.Məlikovun gətirdiyi pulları üstün tuturlar. Hər halda DGK Ə.Məlikov haqda gedən materiallardan sonra tükünü tərpədərdi. Belə görünür ki, MTN çetesinin yolunu gedən “Broker” sahibi gömrüyün Çovdarovu olmaqdan arxayındır. “Azərsun”un monopoliyasına qəsd etmək istəyən Əbülfəz Məlikov ölkəyə kərə yağı gətirmək üzərində monopoliyasını saxlayaraq və paralel olaraq bəzi gömrük məntəqələrində broker xidmətinin bir hissəsini həyata keçirməklə yanaşı, həmçinin ölkənin kənd təsərrüfatı qida məhsulları üzərində də tam monopoliyaya sahibinə çevrilib. Belə çıxır ki, ona bu şəraiti yaradanlar əl-qol açıb işləməyə, prezidentin tapşırıqlarına məhəl qoymamağa şərait yaradıblar.

“Meyvəli”yə də girişib

Əbülfəz Məlikov bir müddətdir ki, “Meyvəli” topdansatış bazasında monopoliya siyasəti ilə məşğuldur. Bir il əvvəl Azərbaycan bazarında Yeni Zelandiyadan, Almaniyadan, Fransadan gətirlən kərə yağının qiyməti 10-12 manat arasında dəyişirdi. Elə həmin vaxt kərə yağı bazarında monopoliyanı Əbülfəz Məlikov ələ keçirdi və Azərbaycanda bir neçə ayın içində kərə yağının qiyməti kəskin şəkildə qalxdı. Daha doğrusu bir neçə ayın içində məhz Əbülfəz Məlikovun kəraməti və “humanizmi” nəticəsində Azərbaycanda kərə yağı 20-22 manata qyüksəldi. Kərə yağının qiymətinin artırılması ilə yanaşı Əbülfəz məlikov tərəfindən Azərbaycan mətbuatına belə bir tullantı məlumat atıldı ki, güya Avropada kərə yağının qiyməti bir neçə dəfə artıb və bu da kərə yağının sağlamlıq üçün çox əhəmiyyətli olması ilə əlaqədardır. Halbuki bir neçə il əvvəl Qərb mətbuatı başda olmaqla ancaq kərə yağının sağlamlığa nə qədər ziyanlı olması barədə məlumatlar dərc olunurdu. Daha sonra isə məlum oldu ki, kərə yağının Avropada bir neçə dəfə bahalaşmasının bu yağın qiymətinin 22 manata yüksəlməsi ilə heç bir əlaqəsi yoxdur.
Çünki eyni yağlar Gürcüstanda cəmi 5-6 manatadır. İranda isə Yeni Zelandiya yağları daha ucuz qiymətə, 4-5 manata satılır.
Bu məlumat göydə ildırım kimi çaxdı və hər kəsin diqqəti kərə yağının qiymətinin niyə bu qədər artmasına yönəldi.

Tək yol – Məlikovu uzaqlaşdırmaq

Məsələ ən yüksək səviyyəyə qədər gedib çıxdı. Və çıxış yolu kərə yağı ilə bağlı gömrük rüsumlarını aşağı salınmasında görüldü.
Lakin bir çox ekspertlərin də artıq qeyd elədiyi kimi, gömrük rüsumlarını aşağı salınması kərə yağının qiymətinə çox cüzi təsir edəcək. Ümumi rəy belədir ki, ən yaxşı halda kərə yağı bir, ya da iki manat ucuzlaşa bilər. Yəni faktiki olaraq kərə yağının qiymətinin Gürüstandakı qimyətinə çatdırılması mümkün deyil. Hətta kərə yağının 1 il əvvəlki qiymətinə qayıtması da imkansız görünür. Bunun üçün hər şeydən əvvəl Əbülfəz Məlikovun kərə yağı bazarında monopoliyası ortadan qalxmalıdır ki, gömrük rüsumlarını aşağı salınmasını çıxış yolu kimi irəli sürən bəzi iri çaplı məmurlar hələ ki, diqqətə almırlar. Ya da diqqətə almaq istəmirlər.

10 milyard dövlətə zərbə

Bu xüsusda əldə etdiyimiz məlumatlara görə, Əbülfəz Məlikovun sayəsində hər il gömrük əməliyyatları zamanı büdcəyə daxil olmalı olan 5-7 milyard dollar ayrı-ayrı şəxslərin cibinə axıb. Ancaq gömrükdə baş verən korrupsiya haqqında məlumatı olan şəxs isə iddia edir ki, ekspertlər bu məsələyə çox liberal yanaşırlar.
Əslində isə elə il olub ki, büdcədən yayındırılaraq mənimsənilən vəsait hətta 10 milyard dollardan da çox olub. Əbülfəz Məlikovun böyük biznes imperiyasının az-çox bilinən tərəfidir. Onun biznes gizlinləri ilə bağlı daxil olan məlumatlarda “HORSE HUSBANDRY” MMC ilə hansı əməliyyatlar həyata keçirdiyindən də bəhs olunur.
2011-ci ilin martında yaradılan bu şirkət üç şəxs tərəfindən təsis edilib ki, təsisçilərdən biri də Əblüfəz Məlikovdur. Onun digər ortaqları isə çox nüfuzlu ailələrin təmsilçilərdir. Bu şirkət və onun fəaliyyət istiqamətləri haqqındakı məlumatların şok doğuracağı şübhəsizdir. “HORSE HUSBANDRY” MMC-I, eləcə də “RB Motive” MMC-i ilə bağlı isə araşdırmalarımız davam edir. Məhz bu şirkətlər “monopoliya naziri”nin biznesinin kökləri hesab oluna bilər. Yerin altında qalıb da, görünməyən ağac kökləri kimi.

Fazil Məmmədovla siqaret biznesi

Əbülfəz Məlikovun böyük biznesə müəmmalı bioqrafiyası olan iranlı şəriki Əhəd ağa vasitəsi ilə başlayıb. Əhəd ağa vaxtilə Bakı Dəmir Yolu Vağzalında xırda ticarətlə məşğul olan Ə.Məlikovun qüdrətli monopolistə çevrilməsində əsas rol oynayıb. Əhəd ağa isə 4 il öncə ləğv edilən “RoyalBank” Müşahidə Şurasının sədri Əli Cemin yaxın qohumudur. Verilən məlumatlarda hər iki şəxsin adı İran kəşfiyyatı ilə bağlı hallandırılır. Əhəd ağa ilə “Shams al Sahra FZJO” şirkətinin 50 faizinin payının məxsus olduğu Mənüçöhr Əhədpur Xənqanın əslində eyni adam olduğu bildirilir. Ə.Məlikov bu şəxsin himayəsi ilə qısa müddət ərzində xırdavat satandan milyarderə çevrilir. Onun “Royalbank” vasitəsi ilə İrandan çirkli pulların yuyulmasında fəal iştirakı barədə də məlumatlar var. Güman ki, ilkin kapitalı da məhz çirkli pulların yuyulmasından qazanıb. Əbülfəz Məlikov Vergilər Naziri Fazil Məmmədovun siqaret biznesini də yönəldib.

Əbülfəz Məlikovun Lon Anceles “əməliyyatı”

“Broker” MMC-nin kilid isimlərindən biri də Anar Allahverdiyevdir. Əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur. Onun “Broker” MMC-nin “kassiri” və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir.Anar Allahverdiyevin “Broker” MMC-nin hesabına milyonlarla manat dəyərində mal-mülkə sahib olması və əldə etdiyi pullarını istədiyi kimi, əsl Ərəb şahzadələri kimi xərclədiyini demək olar. Anar Allahverdiyevin tez-tez ABŞ-a səfər etdiyi və Lon Ancelesdə Əbülfəz Məlikovun “bəzi işlərini” görüdüyü deyilir. İddiaya görə, o Amerikada Əbülfəz Məlikova məxsus çirkli pulların yuyulması və başqa ölkələrə gizli investisya qoyulması prosesində iştirak etdiyi deyilir.
Məlumatda qeyd olunur ki, Əbülfəz Məlikov “Broker” MMC-nin əli ilə əldə etdiyi milyonlarla manat vəsaitləri xalası oğlu, ən inandığı adamına etibar edib. Adı “Broker” MMC-nin işçisi kimi yazılan Anar Allahverdiyev demək olar ki, ilin 7-8 ayını Amerikada və Avropada keçirir. Onun bu qitələrə məhz Məlikovun tapşırığı ilə getdiyi və işlər gördüyü iddia olunur.

“Trans Broker” necə yarandı və rəsmi işi nədir?

Bildirək ki, gömrüyün səlahiyyətlərinə sahib çıxaraq onun funksiyasını həyata keçirən “Trans Broker” MMC Gömrük Məcəlləsinin 22 maddəsinə əsaslanaraq yaradılıb.
Orada göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranizitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır. “Trans Broker” MMC də himayədarlarının verdiyi səlahiyyətlər çərçivəsində sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən onlara verməyə məcbur edir. “Trans Broker” MMC-nin iş prinsipi – rüşvət yığma metodu da sadədir. Gömrükdən keçən bütün yükdaşımalara, yəni, karqo biznesinə nəzarət bu quruma verilib ki, o da bundan istifadə edib büdcəyə çatan vəsaiti şəxsi hesablara yönəldir. Təsəvvür edin ki, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəs yük maşınlarını aça bilməz. Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə «haqq» ödəməlidir. Bu şəbəkəyə Əbülfəz Məlikov başçılıq etsə də, onun işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir. Bir çox hallarda sahibkarların gətirdiyi mal da elə onların adına rəsmiləşdirilir və rüşvəti də onlar alıb mərkəzə ötürür. Onlar oliqarxların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər.”Trans Broker” MMC iş adamlarının idxal etdiyi məhsuldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60-70 faizini əvvəlcədən rüşvət şəklində onların əlindən alır. Ancaq bununla da kifayətlənməyib, iş adamlarını cinayətə məcbur edir, onları gətirdikləri malın dəyərini rəsmi bəyannamədə dəfələrlə aşağı göstərməyə təhrik edirlər. Yığılan rüşvət isə “Trans Broker” MMC vasitəsilə bir mərkəzə toplanır.

RealMedia.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Melikovu, sechirler, Ebulfez, Shok, Generallar, faktlar, prezident
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ