SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycanda monopoiyanı idarə edənlər “dəlilik kağızı” gəzdirir?

Azərbaycanda monopoiyanı idarə edənlər “dəlilik kağızı” gəzdirir?

Tarix:

23-12-2017, 11:38

/ 3 275 dəfə oxundu.
Azərbaycanda monopoiyanı idarə edənlər “dəlilik kağızı” gəzdirir?

Bu iddia ilə Milletinsesi.info saytı çıxış edib. Saytın yazdığına görə tək Əbülfəz Məlikov deyil, digər brokerlər də “dəlilik kağızı” gəzdirir.
Saytın dünən yayımladığı məlumatlarda qeyd olunur ki, brokerlərin “dəlilik kağızı” gəzdirməsi mənbələr tərəfindən bir daha təsdiqlənir və iddia edilir ki, MMC-nin dəqiq adı “Broker” yox, “Transservis” MMC-dir. Yəni MMC “Transservis” adı ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Ancaq bəlli olmayan səbəblərdən “Broker” MMC adı ilə fəaliyyət göstərir. Böyük ehtimalla əsl adının gizlədilməsi onun sahiblərinin şübhəli niyyətləri və əməlləri ilə bağlıdır. Yəni hansısa fors-major situasiyada “Broker” MMC-nin mövcud olmadığını iddia edə bilsinlər.
Həmçinin “Broker” MMC-nin sahibi Əbülfəz Məlikovu alkoqollu içkilərə meylli, etik sərhədləri gözləməyən, sərt davranışları ilə seçilən bir şəxs kimi xarakterizə edir: “Onun arxasında duran İran vətəndaşı, kürd əsilli Manuçar Əhədpurdur. MMC-nin fəaliyyətini Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev kurasiya edir. Ə.Məlikovun yeganə çəkindiyi adam da elə S.Mehdiyevdir.
Əslən Şamaxıdan olan Ə.Məlikov naxçıvanlıları, xüsusilə də nehrəmliləri sevməsə də, S.Mehdiyevin (sədr müavini əslən Nehrəmdəndir) göstərişlərini can başla yerinə yetirir. Brokerlərin 80 faizi nehrəmlidir. Normal orta təhsili belə olmayan bu adamların tərbiyələrində çox ciddi problemlər var və bu da özünü insanlarla ünsiyyətdə qabarıq şəkildə göstərir.
Ə.Məlikovun əsas ofisi metronun 28 may stansiyasının yaxınlığında - köhnə çay fabrikinin arxasındakı xəlvəti bir məkanda yerləşir. Gömrük-keçid məntəqələrindəki qanunsuzluqları da o, həmin ofisdən idarə edir.
Sayt Ə.Məlikovun monopoliyasında olan idxal sahələrini də açıqlayıb: Bütün tikinti materialları, alçıpan, yağ, elektrik-lampa cihazları, “Borjomi”, “Milla” qida məhsulları, libero uşaq bezləri, karqolar (məsulların idxalına 35 yaşlı broker, Ə.Məlikovun yaxını olan Anar Bədəlov nəzarət edir).
Ə.Məlikov Qazaxda, Balakəndə, Xaçmazda, Astarada, Biləsuvarda brokerlər üçün xüsusi ofislər tikdirib və yaxud kirayələyib. Azərbaycana daxil olan hər bir yükə brokerlər müdaxilə edir, xərac toplanır və məlumatlar “baş ofisə” ötürülür. Brokerlərin icazəsi olmadan ölkəyə bir çöp də keçirmək mümkün deyil. Məsələn, Astara gömrük-keçid məntəqəsindən Azərbaycana 1 kiloqram xurma və yaxud toyuq əti, Xaçmaz gömrük-keçid məntəqəsindən isə 1 kiloqram yağ, 1 litr içki, 1 qutu siqaret keçirmək mümkün deyil.
“Gömrük brokeri haqqında” Əsasnamədə deyilir ki, gömrük brokerinin fəaliyyəti sahibkarın malının rəsmiləşdirilməsi işində gömrük işçiləri ilə mal sahibi arasında vasitəçilik funksiyalarının yerinə yetirilməsindən ibarətdir. Vəssalam. Azərbaycanda isə brokerlər açıq-aşkar mafiya funksiyalarını yerinə yetirir. Ancaq buna mafiya demək də insafsızlıq olar. Çünki mafiyanın da bölüşdüyü hansısa dəyərlər (sivil dəyərlər olmasa da) mövcuddur. Ancaq brokerlər heç bir dəyəri bölüşmür. Məsələn, özünə hörmət edən heç bir mafiya üzvlərinə rəsmi “dəlilik kağızı” düzəltməz. Ona görə də bunu mafiya yox, tipik quldur qrupu adlandırmaq daha düzgün olar.

Milletinsesi.info

Şərhlər

XƏBƏR LENTİ